1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Mərkəzi Bankın sədri T.Kazımov Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Seçki Qrupunun 30 illiyinə həsr olunmuş toplantısında iştirak etmişdir
05.07.2022

Mərkəzi Bankın sədri T.Kazımov Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Seçki Qrupunun 30 illiyinə həsr olunmuş toplantısında iştirak etmişdir

 Azərbaycan Respublikasının Dünya Bankı (DB) və Beynəlxalq Valyuta Fondunda (BVF) daxil olduğu Seçki Qrupunun 30 illiyinə həsr olunmuş toplantıda iştirak etmək məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) sədri T.Kazımovun rəhbərliyi ilə AMB-nin nümayəndə heyəti İsveçrənin Bad Ragatz şəhərində səfərdə olmuşdur.

Tədbirin əsas məqsədi qısa və uzunmüddətli perspektivdə üzv ölkələrin beynəlxalq maliyyə münasibətləri sahəsində üzləşdiyi çağırışlara dair, həmçinin qarşıya çıxan məsələlərin həlli ilə bağlı Bretton Woods təsisatları ilə yaxından əməkdaşlıq imkanlarının araşdırılması və bu istiqamətdə müzakirələrin aparılmasından ibarət olmuşdur.

Toplantı çərçivəsində tədbirin proqramına uyğun olaraq rəqəmsal və davamlı maliyyə məsələləri, bu sahədə üzv ölkələrin qarşılaşdıqları çağırışlar və həyata keçirilən fəaliyyətlərlə bağlı təcrübələrin bölüşdürülməsi məqsədilə “Rəqəmsal və davamlı maliyyə” mövzusunda yüksək səviyyəli seminar keçirilmişdir. Seminarın “Rəqəmsal maliyyə” panelində, həmçinin Seçki Qrupunun iclasında AMB-nin sədri çıxış edərək Azərbaycanda bu sahədə həyata keçirilməkdə olan layihələr barədə məlumat vermişdir.

Həmçinin səfər çərçivəsində AMB sədrinin BVF və DB-nin rəhbər şəxsləri, habelə Seçki Qrupuna üzv ölkələrin mərkəzi bank sədrləri ilə ikitərəfli görüşləri keçirilmişdir. Görüşlərdə əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunmuşdur.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment