1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalında Kardiak Maqnit Rezonans Tomoqrafiyası (MRT) müayinəsi xidməti göstərilir
04.07.2022

Mərkəzi Gömrük Hospitalının Radiologiya şöbəsinin rəisi, yüksəkixtisaslı uzman radioloq Eldəniz Hüseynov  tərəfindən  Kardiak Maqnit Rezonans Tomoqrafiyası (MRT)  müayinəsi Philips şirkətinə məxsus İngenia Elition X 3.0 Tesla gücündə yeni Maqnit Rezonans Tomoqrafiyası (MRT) cihazında həyata keçirilir. Mərkəzi Gömrük Hospitalının Radiologiya şöbəsinin rəisi, uzman radioloq Eldəniz Hüseynov  Kardiak MRT müayinəsi ilə bağlı suallarımızı cavablandırıb. Müsahibəni Sizə təqdim edirik. 

- Eldəniz həkim,  Kardiak MRT nədir? 

- Kardiak MRT- maqnit sahəsi və xüsusi kompüter proqramından istifadə edərək ürəyin ətraflı görüntülərinin alınmasını təmin edən, qabaqcıl ürək-damar görüntüləmə metodudur. Kardiak MRT- invaziv prosedura ehtiyac olmadan ürək xəstəliklərinin növünü və xüsusiyyətləri haqqında ətraflı məlumat verərək, xəstəliyin sürətli diaqnostikasını və düzgün müalicə planlamasını təmin edən çox effektiv diaqnostik üsuldur. Mərkəzi Gömrük Hospitalının Radiologiya şöbəsində Kardiak MRT müayinəsi Philips şirkətinə məxsus İngenia Elition X 3.0 Tesla gücündə yeni Maqnit Rezonans Tomoqrafiyası (MRT) cihazında həyata keçirilir. 

- Eldəniz həkim, Kardiak MRT hansı ürək  xəstəliklərində istifadə edilir?

- Kardiak MRT müayinəsi ən çox ürək çatışmazlığı  xəstəliklərində istifadə olunur. Bundan başqa Kardiak MRT müayinəsi vasitəsilə ürək çatışmazlığının dərəcəsi, kameralar və qapaqlarda yaranan dəyişikliklər, ürək çatışmazlığının geri dönən olub-olmaması barədə ətraflı məlumat almaq olur. Həmçinin, bu müayinədən perikard, anadangəlmə ürək xəstəlikləri, qapaq xəstəlikləri, aorta xəstəlikləri; koronar arteriya xəstəliyində ürək əzələsinə təsir dərəcəsi və oksigenləşmə pozğunluğunun olub-olmamasını bilmək üçün istifadə olunur.  

Ürək döyüntüsü, huşun itməsi, başgicəllənmə və ritm pozğunluğu kimi simptomları  olan xəstələrə, bu simptomların yaranmasına səbəb ola bilən anatomik, hemodinamik  pozğunluğu araşdırmaq üçün Kardiak MRT müayinəsi  edilir. Anadangəlmə ürək xəstəlikləri və aorta xəstəlikləri olan xəstələrdə exokardioqrafiya ilə görüntü keyfiyyəti zəif olduğu hallarda, xəstələrə radiasiya vermədən, ağrısız diaqnoz qoyulmasını təmin edir, o cümlədən təqib və müalicə prosesinə kömək edir.

- Kardiak MRT necə aparılır?  

Kardiak MRT müayinəsindən öncə xəstələrdən ətraflı anamnez götürülür.  Xəstənin böyrək funksiyaları, allergik vəziyyəti, kardiostimulyatoru, orqanizmində metal olub-olmaması və hamiləlik vəziyyəti haqqında ətraflı məlumat əldə edilir. Daha sonra xəstə rahat və geniş kardiak MRT cihazına alınır. Müayinə müddətində damar vasitəsilə xəstəyə kontrast maddə və lazım ola biləcək digər dərmanlar verilir. 

Xəstənin döş qəfəsinə ürək vurğularının tezliyini qeyd edən elektrodlar yapışdırılır. Kənardan xəstəyə səsli əmrlərlə nəfəs alıb-verməsi deyilir. Hər nəfəs tutma müddəti adətən 10-20 saniyəyə qədər davam edə bilər. Bu proses müddətində xəstənin tənəffüs əmrlərinə tabe olması və heç hərəkət etməməsi, görüntünün keyfiyyəti üçün çox vacibdir. Əvvəlcədən xəstə ilə sınaqlar edərək bu hissəni düzgün yerinə yetirdiyinə əmin oluruq. Çəkiliş təxminən 50-60 dəqiqə çəkir və tamamilə ağrısızdır. Daha sonra görüntülər ətraflı təhlil edilir və müayinənin nəticələri sürətli şəkildə xəstələrə verilir.

- Kardiak MRT müayinəsi hansı xəsətələrə istifadə edilməməlidir?

- Çəkiliş ağır klostrofobiyası olan, yəni qapalı məkan qorxusu olan və cihaza girməyi qəbul etməyən xəstələrdə tətbiq edilmir. Bundan əlavə, böyrək çatışmazlığı olan xəstələrin qan analizlərində karbamid və kreatinin dəyərləri müəyyən bir səviyyədən yuxarı olarsa, bu xəstələr əvvəlcədən həkimlər tərəfindən qiymətləndirilməlidir. Ümumi MRT qaydaları kardiak MRT-sinə də aiddir. 

Əgər xəstənin bədəninin hər hansı bir yerində metal protez varsa çəkiliş tövsiyə edilmir. Əgər metal protez varsa kardiostimulyatorları və ya metal qapaqları MRT çəkilişlərinə uyğun olmalıdır. Prosedur barədə qərar verməzdən əvvəl xəstədən bədəninin hər hansı digər hissəsində protez qapağı, kardiostimulyatorları və ya metal protez olub-olmadığını soruşmaq lazımdır. Bundan əlavə, pirsinq kimi metallar çıxarılmalıdır.

- Kardiak MRT-də hazırlıq prosesi varmı və müyainədən sonra nələrə diqqət edilməlidir?

- Kardiak MRT müayinəsinə hazırlıq prosesində  dərmanlardan istifadə zamanı allergik vəziyyət yaranarsa, xəstənin ürəkbulanma-qusma və aspirasiya riskini minimuma endirmək üçün 4-5 saat aclık tövsiyə edilir. Həmçinin, prosedurdan əvvəl bütün əvvəlki müayinə nəticələri və ürəklə bağlı bütün müayinə sənədlərinin gətirilməsi xəstənin daha ətraflı müayinəsi üçün faydalı olacaqdır. Müayinədən sonra diqqət tələb edən heç bir vəziyyət yoxdur. Xəstə müayinədən dərhal sonra gündəlik həyatına davam edir.  

-Eldəniz həkim, kardiak MRT-nin üstünlükləri nələrdir?

Digər ürək görüntüləmə üsulları olan exokardioqrafiya və ürək tomoqrafiyasından fərqli olaraq, bu üsulu xüsusi edən ən əhəmiyyətli xüsusiyyəti toxuma səviyyəsində ətraflı məlumat verməsidir. Ürək əzələsinin toxumasını bu şəkildə qiymətləndirə biləcək başqa bir diaqnostik üsul yoxdur. Məsələn, ürək çatışmazlığı olan bir xəstədə exokardioqrafiya aparıldıqda, sadəcə ürək çatışmazlığının olmasını və dərəcəsini aşkar edir. Ancaq Kardiak MRT çəkildikdə ürək çatışmazlığının səbəbi haqqında çox vacib məlumatlar əldə edilir. Ürək çatışmazlığına; koronar arteriya xəstəliyininmi, anadangəlmə genetik bir ürək çatışmazlığınınmı və ya ürəkdəki infeksiyaya bağlı iltihabi prosesin səbəb olduğu sualına ən yaxşı cavab verə bilən ürəyin görüntüləmə üsuludur. Bu yolla xəstələrin diaqnoz və müalicə prosesi sürətləndirilir və xəstəliyin gedişinə böyük töhfə verilir.

Bütün bunları təmin edərkən, bu texnikanın çox əhəmiyyətli bir xüsusiyyəti xəstələrin radiasiyaya məruz qalmamasıdır. Xəstələrin diaqnozu və müalicəsi ilə yanaşı, müalicə prosesi başladıqdan sonra xəstələrin təqibi də vacibdir. Məsələn, bir xəstə bypass əməliyyatından əvvəl kardiak MRT ilə qiymətləndirildikdə, əməliyyatdan sonra sağala biləcək toxuma miqdarı proqnozlaşdırıla bilər. Kardiak MRT, həmçinin təqibdə dəqiq ölçümlər etməklə və toxumanın əsaslı qiymətləndirmə aparılması üçün təqibdə istifadə edilə bilər.

Kimyaterapiya alan xəstələrdə bəzi dərmanlar ürək toxumasına toksik təsir göstərə bilər. Xüsusilə exokardioqrafik görüntü keyfiyyəti yaxşı olmayan xəstə qruplarında MRT ilə ürək funksiyaları ətraflı şəkildə izlənilə bilər. Bundan əlavə, radiasiya olmadığı üçün xərçəng xəstələri üçün də böyük əhəmiyyət kəsb edir.

Ürək əzələsi iltihabının (miokardit) müalicəsindən sonra və ya infarktdan sonra qalıcı zədə olub-olmaması da ürək MRT ilə araşdırıla bilər. Bəzi revmatoloji xəstəliklərə bağlı ürək əzələsi də zədələnə bilər. Ürəkdə tutulma varsa, ürək çatışmazlığının bu xəstəliklərə bağlı olduğu düşünülürsə, müalicə tamamilə dəyişdirilə bilər. Bu səbəbdən, revmatoloji xəstəliklərdə ürəkdə tutulmanın olub-olmaması baxımından kardiak MRT olduqca yol göstəricidir.

Kardiak MRT-nin görüntü keyfiyyəti exokardioqrafiyadan qat-qat üstündür. Ürəyin həcmi, yığılma gücü və onun bütün anatomiyası haqqında ətraflı təhlil aparıla bilər. Xüsusilə sağ mədəciyin fərqli, çətin, qıf şəkilli anatomiyası var və exokardioqrafiya ilə sağ mədəciyin detallı qiymətləndirilməsi çətin olsa da, kardiak MRT ilə həm həcmi, həm də funksiyası asanlıqla qiymətləndirilə bilər. Kardiak MRT- aritmogen sağ mədəciyin displaziyası (ARVD) adlanan və həyat üçün təhlükə yaradan ritm pozğunluqlarına səbəb ola bilən ürək xəstəliklərinə dair təlimatlardakı diaqnostik kriteriyalarından biridir.

Hipertrofik kardiomiopatiya kimi ürək əzələsinin qalınlaşması ilə gedən və genetik mənşəli bəzi xəstəliklərdə, ürək əzələsindəki birləşdirici toxuma dəyişikliyi mümkün ritm pozğunluqları haqqında qabaqcıl məlumat verdiyi üçün bu xəstələrə mütləq kardiak MRT edilməlidir. Bundan əlavə, bu xəstəlik “autosomal dominant” dediyimiz genetik keçid xüsusiyyətinə malik olduğundan, ailə üzvləri exokardioqrafiya ilə qiymətləndirildikdə, arada qalan hallar varsa və ya erkən mərhələdə xəstəlik şübhəsi varsa, ətraflı qiymətləndirmə üçün ailə üzvlərinə kardiak MRT ilə nəzarət edilməsi düşünülə bilər.

Ürəkdaxili kütlənin qiymətləndirilməsində, kütlənin növü və yayılması haqqında ətraflı məlumat verir. Anadangəlmə ürək xəstəliklərində həm anatomiya, həcm və hemodinamika baxımından qabaqcıl məlumatlar verdiyi üçün olduqca tez-tez istifadə olunur. Xəstələrin cərrahiyyə növü ilə bağlı qərarında və rutin təqiblərində, yenə radiasiyadan azad olması, hemodinamik qiymətləndirməyə imkan verməsi və detallı görüntülərin alınması baxımından üstünlük verilən diaqnostik üsuldur.

- Kardiak MRT-nin böyrəklərə zərəri varmı?

- Əgər xəstənin böyrək funksiyaları pozulubsa əvvəlcədən hidratasiya (damardaxili maye tətbiqi) aparılır və ya bunun üçün bəzi tədbirlər görülür. Əgər çox ciddi böyrək problem varsa, proses nefroloq ilə birlikdə aparılır. Böyrək problemi olan pasiyentlər  kardiak MRT-dən əvvəl mütləq həkimə məlumat verməlidirlər. Kardiak MRT-dən əvvəl artıq rutin olaraq kreatinin dəyəri yoxlanılır. Əgər xəstənin kreatinin dəyəri yaxınlarda varsa, yenidən tələb olunmur. Lakin yaxın zamanlarda yoxdursa, qanda kreatinin yenidən yoxlanılır.

- Kardiak MRT-nin hər-hansı yan təsiri varmı?

- Kardiak MRT müayinə proseduru zamanı yeridiləcək kontrast maddəyə qarşı allergiyanın yaranma ehtimalı və bəzi böyrək xəstələrində ehtiyatlı davranılmadıqda və ehtiyat tədbirləri görülmədikdə böyrək xəstəliyinin irəliləməsi istisna olmaqla, kardiak MRT-nin heç bir yan təsiri yoxdur.

- Kardiak MRT-də kontrast maddə verilirmi?

- Bəli, Kardiak MRT-də kontrast maddə verilir. Kardiak MRT-də gec və ya erkən qadolinium tutulumu deyilən vəziyyətlər var. Erkən tutulumda ürəkdə tromb və ya mikrovaskulyar obstruksiya deyilən problemin olub-olmadığı yoxlanılır. Gec qadolinium mərhələsində ürəyin əzələ toxumasında miokard adlanan əzələ toxuması içərisində  dəyişikliyinin olub-olmadığını görmək üçün kontrast tələb olunur. Kontrast maddə verilməzsə, ürək əzələsində birləşdirici toxuma dəyişikliyini, lokalizasiyasını və ya ölü ürək hüceyrələrinin miqdarını görmək mümkün deyil.

- Kardiak MRT rutin olaraq Check-up proqramında çəkdirilə bilərmi?

-Xəstədə hər hansı bir əlamət yoxdursa, rutin çəkilişə ehtiyac yoxdur. Ancaq xəstənin ürək çatışmazlığı, qapaq xəstəliyi, anadangəlmə ürək xəstəliyi, aorta genişlənməsi kimi təqib tələb edən bir xəstəliyi varsa, bu xəstələrin kardiak MRT ilə izlənilməsi və qiymətləndirilməsi tövsiyə oluna bilər. 


Müsahibəni apardı

Mərkəzi Gömrük Hospitalının 

PR mütəxəssisi Dilara Zamanova


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment