1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Beynəlxalq Miqrasiya təşkilatının Azərbaycan nümayəndəliyi Bakı şəhərində həssas qruplardan...
29.06.2022

 

Beynəlxalq Miqrasiya təşkilatının Azərbaycan nümayəndəliyi Bakı şəhərində  həssas qruplardan olan qadınlar üçün kiçik biznes təlimini uğurla başa vurdu

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyi ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə həyata keçirdiyi “Insan Alverinə Qarşı Mübarizə üzrə Fəaliyyət” layihəsi çərçivəsində 27-28 iyun tarixlərində Bakı şəhərində həssas qruplardan olan qadınlar üçün kiçik biznes təlimi təşkil edib.

Təlimdə ilkin seçim mərhələsini keçmiş 5 xanım iştirak edir. Təlim zamanı iştirakçılar kiçik biznes fəaliyyəti və biznesin idarə olunması haqda bilik və bacarıqlar əldə ediblər. Onlar, həmçinin biznes planların hazırlanması ilə tanış olub və biznes ideyalarının reallaşdırılmasına əlavə dəstək üçün biznes plan təqdim etmək hüququ əldə ediblər. Təlimi uğurla başa vuracaq və biznes planı qiymətləndirmə komissiyası tərəfindən məqbul qiymətləndiriləcək iştirakçılara kiçik sahibkarlıq fəaliyyətlərini həyata keçirmək üçün dəstək göstəriləcək.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olundu.

Qeyd edək ki, BMqT-nin Azərbaycan nümayəndəliyi həssas qruplardan olan 10 qadın üçün ilk təlimi Gəncə şəhərində təşkil etmişdir. Cari ildə artıq 15 nəfər kiçik biznes təlimlərinə qatılmışdır. Ümumilikdə layihə çərçivəsində indiyədək Azərbaycanın müxtəlif bölgələrindən 21 nəfər BMqT-nin təşkil etdiyi kiçik biznes təlimlərindən keçmiş və öz bizneslərini qurmaq üçün qrant əldə etmək imkanı qazanmışdır.

BMqT tərəfindən həyata keçirilən USAID-inin maliyyələşdirdiyi İnsan Alverinə Qarşı Mübarizə layihəsi Azərbaycan hökumətinə və QHT-lərə insan alverinin və məcburi əməyin qarşısının alınması və onunla mübarizədə, o cümlədən gender əsaslı zorakılığın aradan qaldırılmasında Azərbaycanın effektivliyini daha da artırmaqda kömək edir. Buraya insan alveri və məcburi əməyin potensial və faktiki qurbanlarına kömək edən sığınacaqlari idarə edən vətəndaş cəmiyyəti təşkilatlarına texniki və maliyyə dəstəyi daxildir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment