1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


İlin əvvəlindən etibarən Kaspersky tərəfindən kriptovalyutalara qarşı təxminən 200 min fişinq hücumu qeydə alınıb
28.06.2022

Onlardan təxminən 50 mini apreldə aşkarlanıb 

2022-ci ildə təcavüzkarlar kriptovalyutaları oğurlamaq üçün iki əsas alətdən istifadə edirlər: potensial kriptovalyuta investorlarını hədəf alan fişinq səhifələri və o cümlədən, ən populyar 20 kripto pul kisəsini təqlid edən zərərli fayllar. Təkcə 2022-ci ilin ilk beş ayında Kaspersky məhsulları istifadəçilərin kripto pul kisəsinə giriş məlumatlarını ələ keçirmək və kriptovalyutaları oğurlamaq üçün yaradılmış fişinq resurslarına təxminən 200 000 giriş cəhdinin qarşısını alıb*.

Fırıldaqçılar real kripto pul kisələrinə və ya birjalara olduqca bənzəyən veb saytlar yarada bilərlər. İstifadəçilər hiyləni tanımır və bu cür resurslara kilid sözü, yəni pul kisəsinə girişi bərpa edən sözlər ardıcıllığını daxil edirlərsə, dələduzlar məqsədlərinə çatır. Sonra, bəzi hallarda, insan hətta gerçək sayta köçürülə bilər. Bu halda, onun məlumatların təcavüzkarların əlində olduğunu anlamağa vaxtının olmaması mümkündür. Bəzən istifadəçi saytda guya xəta olduğunu bildirən bir səhifə görə bilər.

“Kriptovalyuta fırıldaqçılar üçün cəlbedici hədəfdir. Onlar geniş auditoriya tərəfindən ona artan marağı görür və bundan öz məqsədləri üçün istifadə edirlər. Rəqəmsal aktivlərin sahiblərinə qarşı fişinq hücumları qabaqcıl texniki bacarıq tələb etmir, təcavüzkarlar əsasən sosial mühəndislik üsullarından istifadə edirlər. Əgər istifadəçi kifayət qədər rəqəmsal biliklərə malik deyilsə, təcavüzkarın uğurlu olmaq şansı yüksəkdir. Yadda saxlayın ki, yad adamların həddən artıq səxavətli təklifləri və böyük ödənişlər vədi ilə kiçik məbləğin köçürülməsi tələbləri adətən tələdir”, - deyə Kaspersky-nin məzmunun filtrasiya metodlarının inkişafı şöbəsinin rəhbəri Aleksey Marçenko xəbərdarlıq edib.

“Qış və yaz mövsümündə ən məşhur kripto pul kisələrinin adları demək olar ki, 1,5 min müxtəlif növ zərərli faylda istifadə edilib*, onların 75%-i adında Binance-ı, 10%-i Electrum-u və 9%-i MetaMask-ı təqlid edib. Çox vaxt troyan yükləyiciləri bu şəkildə paylanıb, lakin mütəxəssislər həm də bank troyanları, casus və fidyə proqramları ilə qarşılaşıblar”, - deyə Kaspersky-ni kibertəhlükəsizlik üzrə eksperti Anton İvanov bildirib.

Kaspersky mütəxəssisləri tövsiyə edir: 

linkləri yoxlayın, ən yaxşısı, müxtəlif xidmətlərdən gələn mesajlardakı linklərə birbaşa keçid etməyin, ünvanı əl ilə yazın;

bütün cihazlarda fişinq əleyhinə funksiyaları olan etibarlı təhlükəsizlik həlli, məsələn, Kaspersky Internet Security quraşdırın; 

hər şeydən əvvəl diqqətli olun: pul itkisi, anlaşılmaz köçürmələr, hədiyyələr, uduşlar barədə qəfil xəbərlərə aldanmayın.

* Məlumatlar Kaspersky həllərinə 2022-ci ilin yanvar-may aylarında edilmiş geridönüşlərə dair anonim statistikika əsasında əldə edilib.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment