1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Unicapital İnvestisiya Şirkəti” ASC-nin yeni təşkilati strukturu təsdiqlənib
24.06.2022

“Unicapital İnvestisiya Şirkəti” ASC-nin Müşahidə Şurasının qərarına əsasən , şirkətin yeni təşkilati strukturu qəbul edilib. Bu dəyişiklik şirkətin sürətli inkişafına, əməliyyat effektivliyinin artırılmasına və daha çevik qərar qəbulu prosesinin təmin edilməsinə tövfə verəcək. 

“Unicapital”ın yeni strateji istiqamətlərinə uyğun olaraq, şirkətin qarşısında olan hədəflərin reallaşması məqsədilə, təşkilati strukturda “Direktor” vəzifəsinin yaradılması təsdiq edilib. Yeni struktura əsasən, Vüqar Namazov, Elmira İsmayılova, Tələt Kalayev və Tural Salmanov direktor vəzifələrinə təyin ediliblər. 

İnvestisiya Şirkətinin Baş Meneceri Tahir Qəribov yeni təşkilati strukturla bağlı fikirlərini bildirib: “İdarəetmə prosesinə innovativ yanaşmamız sayəsində tətbiq edilən dəyişikliklər, “Unicapital”ın sürətli inkişafını davam etdirərək, əməliyyatlarımızın genişləndirməsinə imkan verəcək”.

Həmçinin, yeni idarəçilik modelinə əsasən, Baş Menecerin sərəncamı ilə şirkətdə İcraedici Komitə yaradılıb. İcraedici Komitənin fəaliyyəti qarşıya çıxan məsələləri daha operativ qaydada həll edərək, şirkətin innovativ strategiyasını dəstəkləməyə şərait yaradır. Şirkətin bütün istiqamət rəhbərlərini strateji xarakterli məsələlərin həllinə cəlb edən yeni struktur, təşkilatın kollegial formada idarə olunmasını təmin edəcək.

Beləliklə, “Unicapital İnvestisiya Şirkəti” ASC-nin yeni təşkilatı strukturuna əsasən, icraedici idarəetmə Baş Menecer, Direktorlar və şöbə rəhbərlərinin daxil olduğu kollegial orqan olan İcra Komitəsi üzərindən təşkil edilir.

Xatırladaq ki, Nizamnamə kapitalı 100%-lik “Unibank KB ASC”yə məxsus olan “Unicapital İnvestisiya Şirkəti” 2007-ci ildən qiymətli kağızların yerləşdirilməsi və investisiya, həmçinin törəmə maliyyə alətləri üzrə xidmətlər təqdim edir. Şirkət fond bazarının peşəkar iştirakçıları arasında əqdlərin həcmi üzrə aparıcı yer tutmaqda davam edir və Bakı Fond Birjasında ən uzunmüddətli üzvlüyə malikdir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment