1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Mərkəzi Bankda sığorta şirkətlərinin rəhbərləri ilə görüş keçirildi
16.06.2022

 Mərkəzi Bankın sədri Taleh Kazımov sığorta şirkətlərinin rəhbərləri ilə görüş keçirmişdir. Görüşdə məqsəd ölkədə iqtisadi inkişafın yeni mərhələsində sığorta sektorunun dayanıqlı inkişafının təmin edilməsinə dəstək, sektorda rəqabət qabiliyyətinin artırılması, innovativ məhsulların bazara təqdim edilməsi istiqamətində birgə fəaliyyətin gücləndirilməsi və sığorta bazarının əhatəsinin genişləndirilməsi məsələləri, habelə əhalinin və biznesin sığorta xidmətlərinə çıxışının asanlaşdırılması, sığortaya olan ictimai inamın gücləndirilməsi tədbirləri ilə bağlı fikir mübadiləsi aparılmasından ibarət olmuşdur.

Mərkəzi Bankın sədri görüşdə çıxış edərək cənab Prezident İlham Əliyevin ölkədə dayanıqlı iqtisadi inkişaf, vətəndaşların maddi və mənəvi rifahının yüksəldilməsi və onun davamlığının təmin olunması ilə bağlı hədəflərini xüsusi qeyd edərək, həmin vəzifələrin reallaşdırılmasında sığorta bazarının da genişləndirilməsinin əhəmiyyətini izah etdi. Bildirdi ki, dövlət başçısının rəhbərliyi altında həyata keçirilən quruculuq siyasəti nəticəsində ölkədə makroiqtisadi sabitlik və ciddi iqtisadi artım tempi əldə edildiyindən sığorta xidmətlərinin də inkişafı üçün əlverişli iqtisadi mühit yaranmışdır.

Mərkəzi Bankın sədri həmçinin, requlyatorla bazar iştirakçıları arasında birgə əməkdaşlığın daha da dərinləşdirilməsinin zəruriliyini qeyd etmiş, bu məqsədlə sığorta bazarının iştirakçıları ilə qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsinin önəmini bildirmişdir. Sığorta sahəsində qanunvericiliyinin daha da təkmilləşdirilməsi, bazar iştirakçıları üçün əlverişli rəqəmsallaşma həllərinin təqdim edilməsi və bu kimi digər maraq doğuran sahələrdə görülməkdə olan işlər barədə məlumat verən Mərkəzi Bankın sədri, qeyd edilən istiqamətlərdə veriləcək qərarlardan öncə bazar iştirakçıları ilə birgə məsləhətləşmələrin aparılacağını və bu məqsədlə mütəmadi görüşlərin keçiriləcəyini bildirmişdir.

Sığorta sektorunun son illərdəki yüksək artım templərini vurğulayan T.Kazımov eyni zamanda ölkəmizin gələcək inkişaf prioritetləri və qarşıya qoyulan hədəflər fonunda bazar iştirakçılarının öz növbəsində kadr potensialının gücləndirilməsinə, sığorta şirkətlərinin informasiya texnologiyalarının daha da inkişaf etdirilməsinə, institutsional inkişafa investisiya qoyulmasının əhəmiyyətini qeyd etmişdir.

Görüşdə sığorta şirkətlərinin rəhbərləri çıxış edərək ölkədəki iqtisadi inkişaf meyilləri, sığorta bazarının genişləndirilməsi imkanları, sığorta istehlakçılarına göstərilən xidmətlərin keyfiyyətinin artırılması sahəsində görülən işlər, həmçinin, sektorda olan cari qayğılar barədə fikirlərini bildirmişlər.

Sığorta bazarında şəffaflığın təmin edilməsi, azad rəqabət mühitinin dəstəklənməsi məqsədilə Mərkəzi Bank, İcbari Sığorta Bürosu, Azərbaycan Sığortaçılar Asossiasiyası, və bazar iştirakçılarının birgə əməkdaşlığının daha da genişləndirilməsi mövzusunda ətraflı fikir mübadiləsi aparılmışdır.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment