1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“Atəşgah” Sığorta 5 İyun Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə “trashtag” aksiyası keçirib
08.06.2022

Fəaliyyət dövrü ərzində vizyonuna sadiq qalaraq ölkəmizin firavan və ekoloji təmiz gələcəyi naminə çalışmış, sosial məsuliyyət yönümlü mühim addımlara imza atmışdır. Cəmiyyətə, ətraf-mühitə faydalı addımlar atmaq, gələcək dünyamızı düşünmək, sosial məsuliyyətlərimizi dərk etmək hər bir şəxsin və toplumun borcu olduğunu iddia edən “Atəşgah” Sığorta Şirkəti  bugünədək sözügedən məqamlara diqqətli yanaşmış, növbəti fəaliyyət dövrü ərzində də bunu davam etdirəcəyi barədə açıqlama etmişdir. 

Ötən gün təbiətimizi qorumaq naminə “Atəşgah” Sığorta Şirkəti tərəfindən keçirilən  korporativ sosial məsuliyyət yönümlü tədbirlər sırasına daha bir “trashtag” aksiyası da əlavə olundu. 5 İyun Ətraf-Mühitin Mühafizəsi Günü və çimərlik mövsümünün açılışı münasibətilə Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şüvəlan qəsəbəsində keçirilən bu tədbirdə “Atəşgah” Sığorta komandası tərəfindən dənizkənarındakı məişət tullantıları toplanaraq, emal üçün müvafiq quruma təqdim edilmişdir.

Statistikaya görə, hər il dünyada 500 milyon ton plastik məhsul istehsal olunur. Plastik və polietilen məhsulların parçalanaraq yox olması üçün torpaqda 800, dənizdə isə 400 il vaxt lazım gəlir. “Atəşgah” Sığorta Şirkətinin sosial məsuliyyət yönümlü layihə və tədbirlərinin əsas məqsədlərindən biri də ətraf mühitin qorunmasını qurumlar və insanlar arasında təbliğ etmək, daha çox insan kütləsini sosial məsuliyyətli olmağa çağırmaqdır.  

Yüksək etibarlılıq imicinə  malik olan “Atəşgah” Sığorta Şirkəti 1996-cı ildən, “Atəşgah Həyat” Sığorta Şirkəti isə 2008-ci ildən fəaliyyət göstərir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment