1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


Kaspersky 2019-cu ildən maşın öyrənməsi sahəsində 53 patent əldə edib
06.06.2022

Son üç il ərzində Kaspersky maşın öyrənmə sahəsində 53 patent əldə edib. Onların əksəriyyəti zərərli proqramların aşkarlanması, həyati vacib infrastrukturun qorunması, anti-fişinq texnologiyaları və təhlükəsizlik hadisələrinin monitorinqi və təhlili (SIEM) həlləri kimi sahələrə aiddir. Şirkətin mütəxəssisləri həmçinin bu cür texnologiyaların marketinqdən tutmuş mülki pilotsuz uçuş aparatlarına qarşı mübarizə sistemlərinə kimi digər sahələrdə də istifadəsi üçün əlavə variantlar təklif ediblər.

Son onilliyin əvvəlində ImageNet məlumat bazasının yaradılması və Amerikan televiktorina çempionlarını məğlub edən Watson superkompüterinin uğuru maşın öyrənməsinə marağın artmasına səbəb olub. Kaspersky bu sahədə ixtira üçün ilk patent müraciətini 2017-ci ildə edib, o vaxtdan bəri, əksəriyyəti son üç ildə olmaqla, ümumilikdə 56 ML patenti alınıb. Bu yaxınlarda alınmış patentlərin arasında 18-i ABŞ Patent və Əmtəə Nişanları İdarəsi, 7-si Avropa Patent İdarəsi, 4-ü isə Yaponiya Patent İdarəsi tərəfindən qeydiyyatdan keçirilib.

“Biz əsas məhsul portfelinə daxil olmayan texnologiyaları patentləşdirən azsaylı şirkətlərdən biriyik. Tədqiqatçılarımızın maraqları çox vaxt kibertəhlükəsizlikdən kənara çıxır, bunu maşın öyrənməsi sahəsində aldığımız patentlərin sayı sübut edir. Bu, Kaspersky-nin müxtəlif texnoloji sahələrdə perspektivlər axtarmağa çalışan uzaqgörən şirkət olduğunu təsdiqləyir”, - deyə Kaspersky-nin əqli mülkiyyətin strateji inkişafı şöbəsinin rəhbəri Anton Tixomirov bildirib.

Öz tarixi ərzində Kaspersky ABŞ, Rusiya, Avropa İttifaqı, Çin və Yaponiya da daxil olmaqla, ümumilikdə 1200-dən çox patent alıb. 

Şirkətin texnologiyaları haqqında ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment