1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


Azərbaycanın turizm imkanları Hindistanda təbliğ olunur
20.05.2022

Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti ölkəmizin turizm potensialının təbliği məqsədilə 18 may tarixində Hindistanın Nyu-Dehli şəhərində işinə başlayan “SATTE Delhi 2022” sərgisində təmsil olunur.

Sərgidə 115 kvadrat metr sahəni əhatə edən milli stenddə ölkəmizi Heydər Əliyev adına Beynəlxalq Hava Limanı, “Azərbaycan Hava Yolları” QSC və müxtəlif turizm şirkətlərin nümayəndələri daxil olmaqla ümumilikdə 9 təşkilat təmsil edir.

Sərgi çərçivəsində Azərbaycan Turizm Bürosunun baş icraçı direktorunun müavini Bəhruz Əsgərov “Getmə turizmi, yenilənmə, yenidən formalaşdırma və strategiya” mövzusunda panel müzakirəsində iştirak edərək Azərbaycanda postpandemiya dövründə turizmin inkişaf istiqamətləri və hədəflər, ənənəvi və yeni bazarlardan olan turizm tərəfdaşları ilə əməkdaşlıq imkanları haqqında çıxış edib.

Azərbaycan Respublikasının Hindistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Əşrəf Şıxəliyev Azərbaycan stendini ziyarət edərək iştirakçılarla Hindistan bazarı haqqında fikir mübadiləsi aparıb.

Azərbaycanı təmsil edən şirkətlərlə xarici turizm şirkətləri arasında B2B formatlı görüşlər keçirilir, əməkdaşlıq imkanları qiymətləndirilir, işğaldan azad olunan ərazilərin turizm imkanları, postpandemiya dövründə ölkədə mövcud səyahət qaydaları, yeni turizm məhsulları və istiqamətləri haqqında geniş məlumat verilir.

Hindistanın Turizm Nazirliyinin dəstəyi ilə keçirilən sərgi Cənubi Asiyanın ən böyük səyahət və turizm sərgisi olaraq dünyanın müxtəlif ölkələrindən turizm və hotelçilik sahəsinin mütəxəssislərinin təcrübələrini bölüşdükləri platformadır.

Mayın 20-dək davam edəcək sərgidə dünyanın 50-dən çox ölkəsindən, eyni zamanda Hindistanın müxtəlif şəhərlərindən mindən çox iştirakçı, 30 mindən çox turizm və səyahət üzrə ixtisaslaşmış mütəxəssis iştirak edir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment