1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


ASAN könüllülərinin sayı 30.000 nəfərə çatdı
13.05.2022

“ASAN xidmət” mərkəzlərində 30.000-ci ASAN könüllüsü fəaliyyətə başlayıb.

Bu müraciətin sahibi Quliyeva Zöhrə Aslan qızıdır. O könüllü fəaliyyətini 1 saylı Bakı "ASAN xidmət" mərkəzində həyata keçirəcək.

Bununla əlaqədar təşkil olunan tədbirdə könüllüyə Dövlət Agentliyi tərəfindən ASAN könüllüləri ailəsinə qoşulduğu üçün təşəkkürnamə və hədiyyələr, həmçinin "CELT Colleges" şirkəti tərəfindən ASAN könüllüsünə 6 ay müddətinə ödənişsiz ingilis dili kursu proqramı hədiyyə təqdim edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərinin fəaliyyətə başladığı ilk gündən ictimai və sosial məsuliyyətin artırılması məqsədi ilə könüllülük fəaliyyəti həyata keçirilir. Bu prosesə 30.000 könüllü gənc qoşulub. Bu günə kimi könüllülər tərəfindən 3000-dən çox təlim, 700-dən çox layihə keçirilib və 3000-ə yaxın könüllü “ASAN Kadr” portalı vasitəsilə işlə təmin olunub.

ASAN könüllüləri bu günə qədər vətənpərvərlik, dövlətçilik, təhsil, ekologiya, sosial, mədəniyyət, eləcə də fərdi inkişaf istiqamətində müxtəlif yerli və beynəlxalq layihələrin təşəbbüskarı və  iştirakçısı qismində çıxış ediblər.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment