1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


"ASAN xidmət" kollektivi Ümummilli lider Heydər Əliyevin xatirəsini yad edir
11.05.2022

10 may 2022-ci il tarixi ölkəmizdə müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü kimi qeyd olunur.

Bu münasibətlə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin kollektivi tərəfindən Fəxri Xiyabanda Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib, ulu öndərin məzarı ziyarət edilib və gül dəstələri qoyulub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.

Sonra Azərbaycan Rəssamlar İttifaqında  “ASAN Könüllüləri” Təşkilatının və YAP Gənclər Birliyinin birgə təşkilatçılığı ilə “Müstəqil Azərbaycanın memarı - Heydər Əliyev” sərgisinin açılış mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov,  Milli Məclisin deputatı Tahir Mirkişili, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Bəxtiyar İslamov və  “ASAN Könüllüləri” Təşkilatının sədri Emiliya Bayramova iştirak ediblər.

Sərgidə ASAN könüllüsü İsmayıl Hacıyevin dövlətçilik, vətənpərvərlik, tarix, təbiət mövzularında ümumilikdə 24 əl işi nümayiş etdirilir.  Əsərlərlə tanışlıqdan sonra “ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət carçısı” proqramı çərçivəsində musiqi kompozisiyaları səsləndirilib.

13 may 2022-ci il tarixinədək davam edəcək sərgiyə giriş sərbəstdir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment