1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Bank tərəfindən Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sisteminin ISO20022 beynəlxalq standartına keçidi təmin edilmişdir
10.05.2022

Mərkəzi Bankın operatoru olduğu Milli Ödəniş Sisteminin təhlükəsizliyinin davamlı olaraq gücləndirilməsi, sistemin infrastruktur komponentlərinin etibarlı və fasiləsiz fəaliyyətinin təşkili məqsədilə innovativ texnoloji həllərin tətbiqi və qabaqcıl beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi daim diqqət mərkəzində saxlanılır.

“Azərbaycan Respublikası Mərkəzi Bankının 2021-2023-cü illər üçün Rəqəmsal Ödəniş Strategiyası”nda nəzərdə tutulan “Maliyyə infrastrukturunda ISO20022 beynəlxalq standartının tətbiqi” layihəsi çərçivəsində Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sisteminin (AZIPS) adıçəkilən standarta keçidi Mərkəzi Bank tərəfindən uğurla yekunlaşdırılmışdır. Nəticə etibarilə AZIPS iştirakçıları olan təşkilatların informasiya sistemləri arasında məlumat mübadiləsinin ISO20022 standartına uyğun yeni formatlar əsasında aparılması üçün funksional imkan yaradılmışdır. 

Qlobal maliyyə sektorunda tətbiq olunan ISO20022 standartı ödəniş sistemi iştirakçıları arasında məlumat mübadiləsi üzrə vahid formatlar müəyyən etməklə, istər ölkədaxili, istərsə də ölkələrarası əməliyyat proseslərinin avtomatlaşdırılması və sistemlərarası inteqrasiya imkanlarını genişləndirir, hesablaşmalarda avtomatik emal əmsalını yüksəldir. ISO20022 standartı, eyni zamanda, ödəniş sənədlərində daha dolğun məlumatların əks etdirilməsi və bununla da geniş hesabatlıq imkanlarını təqdim edir. Hazırda 70-dən çox qabaqcıl ölkə öz ödəniş sistemlərində ISO20022 standartını tətbiq etmiş və bu istiqamətdə fəaliyyəti davam etdirməkdədir.

Sözügedən layihə çərçivəsində Mərkəzi Bank tərəfindən təsdiq edilmiş Tədbirlər Planına əsasən Milli Ödəniş Sisteminin digər infrastruktur komponenti olan Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sisteminin (XÖHKS) də ISO20022 standartına keçidi reallaşdırılacaq, eyni zamanda Milli Ödəniş Sistemi iştirakçılarının əməliyyat sistemlərinin 2022-ci ilin sonunadək yeni məlumat formatlarına keçidi üzrə işlər aktiv şəkildə davam etdiriləcəkdir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment