1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


Kaspersky kritpoqraflarla mübarizə üçün yeni alət hazırlayıb
28.04.2022

Kaspersky mütəxəssisləri Yanluowang zərərli proqramı tərəfindən şifrələnən fayllara girişi bərpa etməyə imkan verən yeni alət hazırlayıblar. İstifadəsi pulsuz olan alət artıq bu saytda (https://noransom.kaspersky.com/ru/) mövcuddur. 

2021-ci ilin oktyabrında aşkar edilən zərərli proqram ABŞ, Türkiyə və Braziliya da daxil olmaqla bir neçə ölkədəki şirkətlərə qarşı hücumlarda istifadə edilib. Hücum zamanı təcavüzkarlar faylların şifrələnməsi prosesinə əl ilə başlayırlar və proses zamanı fayl uzantıları .yanlouwang* olaraq dəyişdirilir. Daha sonra qurbanın polisə müraciət etməsi halında yoluxmuş cihazdakı bütün faylların silinəcəyi, şirkətin DDoS hücumuna məruz qalacağı və faylların silinməsi hücumunun bir neçə həftədən sonra yenidən təkrarlanacağı barədə hədələyən fayl yerləşdirilir. Kaspersky mütəxəssisləri zərərli proqramı təhlil edərək yoluxmuş kompüterdə faylları deşifrə etməyə imkan verən boşluq aşkar ediblər.

“Hazırda Yanluowang hələ çox geniş yayılmayıb, lakin onu görməzdən gəlmək olmaz. Kriptoqraflar bütün dünyada əsas kibertəhlükələrdən biri olaraq qalmaqda davam edir, ona görə də onlarla mübarizə aparmaq üçün kibertəhlükəsizlik mütəxəssislərinin səylərini birləşdirmək vacibdir. Əminik ki, bizim hazırladığımız alət Yanluowang tərəfindən hücuma məruz qalan şirkətlərə kömək edəcək” - deyə Kaspersky-nin kibertəhlükəsizlik üzrə mütəxəssisi Yanis Zinçenko qeyd edib.

Fidyə proqramlarının bzinesə hücumunun qarşısını almaq üçün, Kaspersky şirkətlərə tövsiyə edir:

ciddi zərurət olmadığı halda işçilərin ictimai şəbəkələrdən uzaq iş masası xidmətlərinə (məsələn, RDP) qoşulmasına icazə verməmək və prosesi onların bu xidmətlərdən istifadə üçün güclü parollardan istifadə edə biləcəyi şəkildə quraşdırmaq;

uzaqdan iş rejimində çalışan işçilər üçün bağlantı təmin edən və korporativ şəbəkədə şlüz rolunu oynayan kommersiya VPN həlləri üçün yeniləmələri operativ şəkildə quraşdırmaq;

zəifliklərdən istismarın qarşısını almaq üçün istifadə olunan bütün cihazlarda proqram təminatını dərhal yeniləmək;

təhlükəsizlik strategiyasını şəbəkədəki yerdəyişmələrin aşkarlanması və məlumatların internetə ötürülməsinə yönəltmək; təcavüzkarların ünsiyyətini aşkar etmək üçün çıxış trafikinə xüsusi diqqət yetirmək;

məlumatların müntəzəm olaraq ehtiyat nüsxəsini çıxarmaq və fövqəladə hallarda onlara tez giriş imkanına malik olmaq;

cari landşaftdan xəbərdar olmaq üçün aktual analitik məlumatlardan istifadə etmək;

məsələn, Kaspersky Automated Security Awareness Platform-un köməyi ilə işçilərə kibertəhlükəsizlik qaydaları haqqında təlim keçmək;

özündə iş yerlərinin etibarlı mühafizəsini təmin etmək, istənilən mürəkkəblikdə olan hücumları ilkin mərhələdə aşkar etmək və dayandırmaq, dünya üzrə kiberhücumlar haqqında ən müasir məlumatların toplamaq və işçilərə əsas rəqəmsal savadlılıq bacarıqları üzrə təlim keçmək imkanlarını birləşdirən çevik və effektiv sistem qurmağa imkan verən hərtərəfli müdafiə həlləri tətbiq etmək. İstənilən ölçüdə şirkətin ehtiyacları üçün bu cür həllərin kombinasiyası biznesin mühafizəsi üçün Kaspersky Symphony  məhsullarının yeni çeşidlərində yer alır.

* Kriptqrafın adı Çin tanrısı, ölülər dünyasındakı hakim Yanluo Wang-ın adından götürülüb.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment