1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


Mərkəzi Asiyada Azərbaycanın turizm potensialı tanıdılır
21.04.2022

Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti 20 apreldə Almatıda start götürən Qazaxıstan Beynəlxalq “Turizm və Səyahət” - “KİTF 2022” sərgisində təmsil olunur.

22 aprelədək davam edəcək sərgidə milli stendimizdə 5 yerli turizm şirkəti, 2 mehmanxana qrupu, “Azərbaycan Hava Yolları” QSC, Naxçıvan Turizm Departamenti və “Duzdağ Hotel” iştirak edir.

Azərbaycan stendində ölkəmizin, o  cümlədən işğaldan azad olunan ərazilərin turizm potensialı, yeni turizm məhsulları və istiqamətləri haqqında geniş məlumat verilir.

Milli stendlə yanaşı ölkəmizin sağlamlıq turizminə həsr olunmuş xüsusi pavilyonda Azərbaycanın bu istiqamətdə potensialı və mövcud imkanları ziyarətçilərə təqdim olunur.

Sərgi çərçivəsində Qazaxıstan turizm şirkətləri, eləcə də digər Mərkəzi Asiya ölkələrindən olan şirkətlərin və turizm üzrə ixtisaslaşmış təşkilatların nümayəndələri ilə görüşlər keçirilir.

Sərgi çərçivəsində təşkil olunan “Yeni trendlər: inkişaf məqamları və sistemlər” adlı panel sessiyada Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, “Kazakh Tourism” təşkilatı, eləcə də AZAL və “Aİr Astana” şirkətlərinin nümayəndələri çıxış ediblər.

Eləcə də sərgidə Azərbaycanın turizm imkanlarının tanıdılması ilə bağlı xüsusi təqdimat keçirilib.

2001-ci ildən etibarən hər il təşkil olunan “KİTF” sərgisi Mərkəzi Asiya üzrə ən böyük peşəkar turizm platforması hesab olunur. 15 ölkədən 250-ə yaxın turizm şirkəti və təşkilatının qatılacağı gözlənilən sərgidə ölkələrin turizm imkanları və turizm məhsulları tanıdılaraq, qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunur.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment