1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Unibankın ilk Rəqəmsal filialı fəaliyyətə başlayıb
05.04.2022

Unibank məhsul və xidmətlərin rəqəmsallaşması yolunda daha bir addım atıb. Bank bütün xidmət və məhsullarını tamamilə rəqəmsal formada təqdim edən ilk rəqəmsal filialını müştərilərin ixtiyarına verib. “Azadlıq Prospekti” metrostansiyasının çıxışında, hər kəs üçün əlçatan filialda kredit rəsmiləşdirmək, debet kart əldə etmək və depozit hesabı açmaq mümkündür. Bütün bu proseslər isə nağdsız formada, kassa xidməti olmadan həyata keçiriləcək. Müştərilərə dərhal yerindəcə debet kart təqdim olunacaq, kredit kart balansında rəsmiləşdiriləcək, sürətli depozit hesabı açılacaq. 

“Rəqəmsal filial” “Unibank”ın ənənəvi filiallarından konseptinə və görünüşünə görə də fərqlənir. Tamamilə rəqəmsal konseptdə qurulan filial, müştərilərin rahatlığına uyğunlaşdırılıb. Rahat və səmimi xidmət forması, müştəri məmnuniyyətini daha da yüksəltməyə xidmət edir. 

Filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.Yeni konseptə uyğun olaraq, filialın qarşısında 24/7 müştərilərin xidmətində olan ATM və ödəmə terminalları quraşdırılıb. Qapalı kabinədə yerləşdirilən avadanlıqlar müştərilərə isti və soyuq havalarda mədaxil-məxaric əməliyyatlarından çox rahat şəkildə istifadə imkanı yaradır

Əgər növbədə gözləmədən, həm də çox rahat, səmimi bir ünvanda bank məhsul və  xidmətlərindən istifadə etmək istəyirsinizsə, Unibankın yeni “Rəqəmsal filial”ı sizin xidmətinizdədir!

Unibank gələcəkdə yeni filialların açılması zamanı da rəqəmsal konseptə üstünlük verəcək. Bank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook, twitter və instagram səhifələrindən (www.facebook.com/unibank.az,  https://twitter.com/unibank, https://www.instagram.com/unibank.az/) əldə etmək olar.

Unibank-Sənin Bankın!

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment