1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


ABB-nin sənədli əməliyyatlar portfeli 1 milyard manata çatıb
05.04.2022

İş adamlarının etibarlı tərəfdaşı olan ABB biznesə dəstəyini sənədli əməliyyatlar və ticarətin maliyyələşdirilməsi sahəsində də uğurla davam etdirir. Bankın bu istiqamət üzrə portfelinin həcmi martın sonuna 1 milyard manata çatıb. 

ABB biznes qurumlarına ehtiyac duyduqları sənədli əməliyyatların ən müxtəlif növlərini təklif edir. Müştərilər Bankın akkreditiv, bank qarantiyası, inkasso, layihələrin maliyyələşməsi məhsullarından rahatlıqla istifadə edə bilərlər. 

ABB xaricdə ən geniş müxbir şəbəkəsinə malik Azərbaycan bankıdır. Dünyanın 30-a yaxın bankında, o cümlədən 4 ABŞ bankında müxbir hesabları var. Bundan başqa, 30-dan çox nüfuzlu bankla tərəfdaşlıq edərək  sənədli əməliyyatların və ticarətin maliyyələşdirilməsi əməliyyatlarının aparılması üçün kredit xəttləri mövcuddur. ABB xarici tərəfdaşları olan banklardan da şirkətlər üçün qarantiya məktublarının alınmasını təmin edə bilir. Eyni zamanda, xarici bankların vəsaitləri hesabına layihələrin 10 ilə qədər müddətdə maliyyələşdirilməsinə şərait yaratmaq imkanındadır. 

Bütün bunlar iş adamları üçün böyük fürsətlər deməkdir. Belə ki, ABB-nin sənədli əməliyyat məhsulları hesabına müştərilər beynəlxalq ticarət əməliyyatlarını, hesablaşmalarını heç bir gecikmə yaranmadan həyata keçirə bilirlər. ABB-nin  istənilən filialına  müraciət etməklə bu imkanlardan yararlanmaq olar. 

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment