1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


AccessBank-da yeni İcraçı Direktorlar təyin olunub
04.04.2022

Bu gündən etibarən AccessBank-da Mikro və KOBM üzrə İcraçı direktor fəaliyyətə başlayır. Bu, təyinatınadək Bankın Mikro və Aqro Müştərilər Departamentinin rəhbəri olmuş Renat Hümbətovdur. O, 17 ildir ki, AccessBank-da fəaliyyət göstərir. Cənab Hümbətov 2005-ci ildə Bankın sıralarına qoşulub, müxtəlif illərdə AccessBank-ın Qazax və Gəncə filiallarının rəhbəri kimi fəaliyyət göstərib. 

Renat Hümbətov Azərbaycan Texnologiya Universitetində İqtisadiyyat və İdarəetmə ixtisası üzrə bakalavr və magistr təhsili alıb. 


Digər təyinata əsasən, Ruqiyyə Əliyeva AccessBank-ın Maliyyə üzrə İcraçı direktoru təyin edilib. O, AccessBank komandasına 2019-cu ilin dekabr ayında qoşulub və bu təyinatadək Maliyyə Departamentinin rəhbəri vəzifəsində işləyib. AccessBank-dan öncə isə PwC, Azərbaycan Beynəlxalq Bankı və Azerconnect kimi şirkətlərdə audit və maliyyə üzrə rəhbər vəzifələrdə fəaliyyət göstərib. 


Ruqiyyə Əliyeva ilk ali təhsilini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq əlaqələr fakültəsini fərqlənmə diplomu ilə bitirib. Daha sonra isə dünyanın aparıcı biznes məktəblərindən biri olan “IE Business School”da İcraçı MBA dərəcəsini alıb.  

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment