1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Kapital Bank tələbələr üçün yeni layihə təqdim etdi
01.04.2022

Təhsil inkişafına və gənclərin karyera inkişafına böyük önəm verən Kapital Bank ali məktəb tələbələri üçün yeni layihəyə başladı. Bu dəfəki layihədə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) və ADA-nın tələbələri iştirak edib, qalib ola bilərlər.

Şərtlərə görə komanda şəklində yığılan tələbələr maraqlı ideyalarını təqdim edib, qalib olmaq uğrunda mübarizə aparacaqlar. Layihə çərçivəsində toplanan ideyalar daxili ekspert qrupu tərəfindən dəyərləndiriləcək və hər birində maksimum 3 nəfər olmaqla ümumilikdə 15 komanda növbəti mərhələyə adlayacaq. 

Layihənin sonunda qalib gələn komanda xüsusi sertifikat və pul mükafatı ilə təltif olunacaqlar, həmçinin ölkə üzrə ən çox sayda əməkdaşı olan Kapital Bank-da təcrübə proqramı keçmək şansı qazanacaq. 10 aprel 2022-ci il tarixinədək ideyalarını təqdim etmək istəyənlər https://kbl.az/birideyamvar saytında olan formanı dolduraraq, müraciət edə bilərlər. Layihə ilə bağlı sualları DL_birideyamvar@kapitalbank.az mailinə ünvanlamaq olar. 

Qeyd edək ki, Kapital Bank həm ADA, həm də UNEC ilə bir neçə il əvvəl əməkdaşlıq memorandumu imzalayıb. Bu sənədə görə il ərzində hər iki ali məktəbdə “Karyera günləri”, müxtəlif konfranslar, təcrübə proqramlı və başqa tədbirlər təşkil olunur. Bundan başqa gənclərin ideyalarını qiymətləndirmək üçün ötən ay PAŞA Holding ilə birgə “PASHA HACKATHON” layihəsi keçirilib. Bu kimi layihələr gənclərin karyera inkişafına müsbət töhfə verir. 

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 105 filialı və 23 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment