1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


“Riteyl Bankirlər Məktəbi”nin məzunları AccessBank-da işə başladılar
17.03.2022

 AccessBank-ın “Retail Bankers School” (Retail Bankirlər Məktəbi) layihəsinin məzunları Bankın əməkdaşları qismində fəaliyyətə başlayıblar. Onlardan 2-si Bankın region – Qazax və Salyan, digər 12 nəfəri isə Bakı şəhəri üzrə müxtəlif filiallarında işləyir. 

Aytən İsmayılova:”Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin təşkili üzrə magistr təhsili alıram. “Retail Bankers School” haqqında elanı AccessBank-ın sosial media hesabında gördüm, müraciət etdim. İxtasasıma uyğun sahədə işləməyi çoxdan arzulayırdım. Ona görə tədris və təcrübə dönəmində əlimdən gələni etdim ki, seçilənlər sırasına düşə bilim. Artıq Azadlıq filialında işləməyə başlamışam. İnanıram ki, Bankda daha böyük uğurlarım hələ qabaqdadır.”

Mustafa Mustafayev:” Bakı Dövlət Universitetinin məzunuyam. İş axtarışında idim. Xəbər saytında AccessBank-da layihənin başladığını oxudum. Müraciət etdim, seçildim, proqramda iştirak etmək üçün Bakıya çağırdılar. Layihə ərzində bankçılıq haqqında təlimlərdə iştirak etdim, müxtəlif filiallarda təcrübə keçdim. İndi doğma Qazaxda – Bankın region filialında fəaliyyətə başlamışam. Belə layihələr region gəncləri üçün də stimul olur. 3 aylıq bankçılıq təlimi keçməklə elə öz rayonunda da işlə təmin olunursan.”

AccessBank təcrübəsiz gənclərə iş şansı vermək ənənəsinə sadiqdir. Bank tarixi boyu təcrübəsiz, yeni məzun olmuş gənclərin yanında olub. Hazırda AccessBank-da rəhbər vəzifələrdə çalışan əksər əməkdaşlar Banka heç bir təcrübələri olmadan, universitetdən yeni məzun olaraq gəliblər. Burada püxtələşib, professionallaşıblar. “Retail Bankers School” (Retail Bankirlər Məktəbi) layihəsinin əsas məqsədi də gəncləri bankçılığa cəlb etmək, yeni liderlər yetişdirmək və onları işlə təmin etməkdir.

AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 14-ü bölgələrdə olmaqla 29 filialı fəaliyyət göstərir. 

Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin https://www.accessbank.az saytına, və ya bankın sosial media hesablarına (Facebook, Instagram, LinkedIn) daxil olmaq olar.









 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment