1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Ölkədə ilk dəfə agent bankçılıq modelinin tətbiqinə start verilmişdir
16.03.2022

Ölkədə maliyyə inklüzivliyinin yüksəldilməsi, yaşayış yerindən asılı olmayaraq istənilən ərazidə əhali və biznes subyektlərinin maliyyə xidmətlərinə çıxış imkanının artırılması Mərkəzi Bank tərəfindən daim diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində Mərkəzi Bank, “Access Bank” QSC və “Azərpoçt” MMC-nin birgə əməkdaşlığı və İqtisadi Məsələlər üzrə İsveçrə Dövlət Katibliyi SECO ilə tərəfdaşlıqda Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) məsləhət dəstəyi ilə ölkədə agent bankçılıq modelinin tətbiqinə start verilmişdir.

Agent bankçılıq modeli bank məhsul və xidmətlərinin müştərilərə üçüncü tərəf təşkilatlar tərəfindən təqdim edilməsidir. Beynəlxalq təcrübədə xüsusilə bank filial və şöbələrinin sayı aşağı olan ərazilərdə əhalinin bank xidmətlərinə çıxış imkanlarının artırılması üçün agent bankçılıq modelindən geniş istifadə edilir.

Qeyd edək ki, sözügedən layihənin icrasına Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli 508 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan “Rayon mərkəzlərindən kənar ərazilərdə əhali və biznesə maliyyə xidmətlərindən istifadə imkanlarının yaradılması məqsədilə müvafiq infrastrukturun genişləndirilməsinin nəzərdən keçirilməsi” tədbiri çərçivəsində Mərkəzi Bankın təşəbbüsü ilə başlanılmışdır. İlkin mərhələdə ölkədə agent bankçılıq modelinin tətbiqi imkanları araşdırılmış və pilot layihə çərçivəsində təqdim ediləcək bank xidmətlərinin əhatə dairəsi müəyyən edilmişdir.

Cari ilin mart ayından etibarən əhali və fərdi sahibkarlara “Azərpoçt” MMC-nin Ağdaş rayonunda yerləşən filialı vasitəsilə “Access Bank” QSC-nin təqdim etdiyi bank xidmətlərindən istifadə imkanı yaradılmışdır. Nəticədə “Azərpoçt” MMC-nin mövcud infrastruktur şəbəkəsindən səmərəli və effektiv istifadə edilməklə əhali və fərdi sahibkarlıq subyektlərinin bank xidmətlərinə çıxışı imkanları genişləndiriləcəkdir.

Hazırda agent bankçılıq modelinin tətbiqi istiqamətində işlər davam etdirilir. Növbəti mərhələdə digər bankların da layihəyə cəlb edilməsi və bank xidmətlərinə çıxış imkanlarının aşağı olduğu bütün ərazilərdə “Azərpoçt” MMC-nin geniş filial şəbəkəsindən istifadə edilməklə agent bankçılıq modelinin tətbiqi nəzərdə tutulur.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment