1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


ABB-nin dəstəyi ilə ilin iş adamı seçildi!
14.03.2022

EY Azərbaycan şirkətinin ABB-nin maliyyə dəstəyi ilə keçirdiyi “EY İlin İş Adamı” müsabiqəsinin qalibi seçilib. Münsiflərin rəyinə əsasən, müsabiqənin qalibi ZIRA Natural & Gourmet brendinin təsisçisi Afət Əhmədova olub. O, ölkəmizi “Dünya üzrə İlin İş Adamı” müsabiqəsinin beynəlxalq mərhələsində təmsil edəcək. 

Münsiflər fərqli nominasiyaların qaliblərini də müəyyənləşdiriblər. “İnnovasiyalar” nominasiyasında ATL Tech şirkətinin təsisçisi Rəşad Mirzəyev, “Ən yaxşı müştəri həlli” nominasiyasında YIĞIM Ödəniş Sisteminin  təsisçisi və direktoru Vüqar Cəfərov təltif olunub. Müsabiqənin qalibi Afət Əhmədova “Sosial təsir” nominasiyası üzrə də mükafatlandırılıb. 

Müsabiqəyə ABB ilə yanaşı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), EKVİTA şirkəti və AZPROMO da tərəfdaşlıq dəstəyi verib.

Mükafatlandırma mərasimində iştirak edən ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov Bankın “EY İlin İş Adamı Müsabiqəsi”nə üçüncü ildir ki, tərəfdaşlıq dəstəyi verdiyini xatırladıb: “Ölkəmizin aparıcı bankı kimi hər zaman iş adamlarının yanındayıq. Sərfəli məhsul və xidmətlərimizlə biznesin maliyyə ehtiyaclarını təmin edirik. Eyni zamanda, maraqlı layihələrimizlə də sahibkarların biznesinə dəyər qatmağa çalışırıq. “EY İlin İş Adamı Müsabiqəsi” də belə layihələrdəndir. Bu müsabiqə Azərbaycanda xoş bir ənənəyə çevrilir və ölkəmizdə biznes mədəniyyətinin inkişafına fayda verir”. 

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov da müsabiqə barədə  fikirlərini bölüşüb: “Kiçik və orta biznesin dəstəklənməsi Azərbaycanın iqtisadi inkişafı baxımından əsas prioritetlərdən biridir. Bu hədəfə çatmaq üçün bir sıra mühüm addımlar atılıb. Tərəfdaşlığımızla ardıcıl olaraq üçüncü dəfə keçirilən “EY İlin İş Adamı” müsabiqəsinin kiçik və orta sahibkarlığı diqqət mərkəzində saxlamasından olduqca məmnunuq. Sahibkarların fəallığı və bu müsabiqədə iştiraka maraq göstərmələri bizi sevindirir. Müsabiqəni dəstəklədiyi və həyata keçirdiyi üçün EY Azərbaycan şirkətinə və bütün tərəfdaşlara təşəkkür edirəm”. 

“EY Azərbaycan” şirkətinin ölkə üzrə idarəedici partnyoru İlqar Vəliyev isə bildirib: “Bu müsabiqənin məqsədi yaşadıqları və fəaliyyət göstərdikləri icmalar üçün dəyər yaradan, maraqlı tarixçələri olan iş adamlarının uğurlarını qiymətləndirməkdir. “EY İlin İş Adamı 2022” müsabiqəsinin iştirakçılarını mükafatlandırmaqdan qürur duyuruq”. 

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment