11 mart 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT "İnternational" QSC-nin ümumi dəyəri 2 000 000 (iki milyon) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.
Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.
Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Dövlət qeydiyyat nömrəsi – İSİN
|
İstiqrazların növü və forması
|
İstiqrazların sayı
|
Nominal Dəyəri
|
İllik faiz dərəcəsi
|
Tədavül müddəti
|
Kupon faizlərinin ödəniş müddəti
|
AZ2003021022
|
Faizli təmin edilməmiş sənədsiz adlı
|
2,000
(ədəd)
|
1,000 AZN
|
14 %
|
18 ay
|
Hər ay
|
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.