1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Fond birjası


Bakı Fond Birjasında gender bərabərliyinə həsr olunmuş “Açılış Zəngi” keçirilmişdir
09.03.2022

9 mart 2022-ci il tarixində Bakı Fond Birjasında Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) Azərbaycanın tərəfdaşlığı ilə gender bərabərliyinə həsr olunmuş “Açılış Zəngi” mərasimi keçirilmişdir. 

Açılış mərasimində BFB-nin sədri v.m.i.e Eldar Abdullayev, BMTİP Azərbaycanın müvəqqəti işlər vəkili cənab Suxrob Xojimatov, BMTİP Azərbaycan layihə rəhbəri Aygün Əhmədova, İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi Əməkdaşlıq üzrə regional direktorun müavini Cənab Alberto Hernandez,  BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Artırılması Qurumu Gürcüstan üzrə ölkə təmsilçisi Kaori İşikava, Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi Korporativ xidmətlər departamentinin rəhbəri Leyla Qaralova, Mərkəzi Bank Kapital Bazarına Nəzarət Departamenti şöbəsindən Sevinc Əliverdiyeva, Azfinans İnvestisiya şirkəti Beynəlxalq bazarlar departamentini mütəxəssisi Nərmin Cəbrayıllı çıxış etmişlər. 

BFB-nin sədri v.m.i.e Eldar Abdullayev “Açılış Zəngi” Mərasimini açıq elan edərək, gender bərabərliyinə həsr olunmuş qlobal olaraq keçirilən “Açılış Zəngi” mərasimlərinin cəmiyyətdə gender bərabərliyinin inkişafı, korporativ sektorda oynaya biləcəyi əsas rola diqqəti cəlb etmək və qadınların işgüzar məkanda səlahiyyətlərinin artırılmasına müsbət təsir göstərə biləcəyini bildirdi.

Qeyd edək ki, Bakı Fond Birjası 2020-ci ildə BMT-nin Dayanıqlı Fond Birjaları Təşəbbüs Qrupu (UN SSE) və Dünya Birjalar Federasiyası (WFE) ilə əməkdaşlığa başlamışdır və hər il BMT-nin Dayanıqlı Fond Birjaları Təşəbbüs Qrupu və Dünya Birjalar Federasiyası mart ayının ilk həftəsində üzvləri olan birjalar ilə birlikdə “Gender Bərabərliyi üçün Açılış Zəngi” tədbiri həyata keçirdirlər. 

      

      


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment