1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


“Bankçılıq Mükafatları- 2021” tədbiri keçirilib
25.02.2022

23 fevral 2022-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Ümumi yığıncağı keçirilmişdir. Onlayn formatda baş tutan yığıncaqda həmçinin, Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə “Bankçılıq Mükafatları - 2021” adlı tədbiri də baş tutmuşdur.

ABA-ya üzv təşkilatların müxtəlif nominasiyalar üzrə mükafatlandırılması məqsədilə keçirilən tədbirdə kommersiya banklarının yuxarı menecmenti, ABA-nın nəzdində fəaliyyət göstərən Ekspert qruplarının rəhbərləri.

Mükafatlandırma mərasimində qeyd edilib ki, 2021-ci ildə banklar tərəfindən çoxsaylı korporativ sosial məsuliyyət layihələri, eləcə də təhsil və maliyyə savadlılığının dəstəklənməsi tədbirləri reallaşdırılıb. ABA, bütün bu istiqamətlər üzrə həyata keçirilən layihələri qiymətləndirərək müxtəlif nominasiyalar üzrə ən fəal bankları seçib.

Belə ki, 2021-ci il üçün “Korporativ sosial məsuliyyət” nominasiyası üzrə “AFB Bank” ASC,                          “ABB” ASC, “Bank BTB” ASC, “Bank of Baku” ASC, “Bank Respublika” ASC,  “Bank VTB (Azərbaycan)” ASC, “Expressbank” ASC, “Xalq Bank” ASC, “Kapital Bank” ASC, “Muğanbank” ASC, “PAŞA Bank” ASC, “Rabitəbank” ASC, “TuranBank” ASC, “Unibank KB” ASC, “Yelo Bank” ASC, “Yapı Kredi Bank Azərbaycan” QSC, “Ziraat Bank Azərbaycan” ASC mükafatlandırılıb.

“Ən fəal maliyyə savadlılığı dəstəkçisi” nominasiyası üzrə “ABB” ASC, “Bank of Baku” ASC, “Bank Respublika” ASC, “Naxçıvan Bank” ASC, “PAŞA Bank” ASC, “Rabitəbank” ASC, “TuranBank” ASC, “Yelo Bank” ASC, “Yapı Kredi Bank Azərbaycan” QSC mükafata layiq görülüb.

“Ən fəal təhsil dəstəkçisi” nominasiyası üzrə isə “Azər Türk Bank” ASC, “ABB” ASC, “Bank Respublika” ASC, “Bank VTB (Azərbaycan)” ASC, “Expressbank” ASC, “Kapital Bank” ASC, “Naxçıvan Bank” ASC, “PAŞA Bank” ASC, “Unibank” KB ASC, “Yelo Bank” ASC, “Yapı Kredi Bank Azərbaycan” QSC, “Ziraat Bank Azərbaycan” ASC təltif edilib.

“Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü” nominasiyası üzrə “ABB” ASC, “Bank Respublika” ASC, “Bank VTB (Azərbaycan) ASC, “Kapital Bank” ASC, “PAŞA Bank” ASC, “Rabitəbank” ASC təltif edilib.

“Nağdsız ödənişlərin təşviqi sahəsində tədbirlərlə fərqlənən ABA üzvü” nominasiyası üzrə “Azər Türk Bank” ASC, “ABB” ASC, “Bank Respublika” ASC, “Rabitəbank” ASC mükafatlandırılıb.

“Elektron Bankçılıq” nominasiyası üzrə “Kapital Bank” ASC və “Unibank” KB ASC mükafatlandırılıb.

“Bank-maliyyə sahəsində araşdırmalar və yazılarla çıxış edən ABA üzvü” nominasiyası üzrə “Bank of Baku” ASC, və “Rabitəbank” ASC mükafatlandırılıb.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment