1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


AccessBank AniPay ödəniş sisteminə qoşuldu
24.02.2022

AccessBank Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən yaradılmış qabaqcıl AniPay köçürmə və ödəniş sisteminə qoşuldu. AniPay fiziki şəxslər, biznes qurumları və dövlət orqanları arasında ödəniş əməliyyatlarının 24/7/365 rejimində bank hesabları üzərindən sadələşdirilmiş identifikatorlar vasitəsilə (mobil nömrə, FİN kod, VÖEN) aparılmasına və pul vəsaitinin dərhal vəsait alanın bank hesabında əks olunmasına imkan verir. Bununla da nağdsız köçürmələri icra etmək asanlaşdı. Köçürmə etmək üçün artıq mürəkkəb bank rekvizitlərini yadda saxlamağa ehtiyac qalmadı. Bunun üçün sadəcə qarşı tərəfin mobil telefon nömrəsini bilmək yetərlidir. Bundan əlavə, yeni sistemlə ödəniş cəmi 5 saniyə ərzində hesaba oturur. 

AniPay-dən yararlanmaq və pul köçürmələri reallaşdırmaq üçün vətəndaşlar ilk növbədə sistemdə qeydiyyatdan keçməlidirlər. Qeydiyyat AccessBank-ın filiallarında və ya myAccess platformasında həyata keçirilə bilər. Qeydiyyatdan keçən müştərilər AniPay sisteminin bir sıra imkan və üstünlüklərindən faydalanacaqlar – vətəndaşlar arasında kart və cari hesablardan ani köçürmələr, satış və xidmət nöqtələrində POS terminal vasitəsilə cari və kart hesablarından kart olmadan ödənişlərin həyata keçirməsi və s. 

AccessBank müştərilərə bu il Banka məxsus POS terminallarda AniPay ödənişlərini və myAccess mobil tətbiqində digər bankdakı hesablarını əlavə edərək onları idarə etmək imkanlarını təqdim edəcək.   

AccessBank-ın Biznesə Dəstək Departamentinin rəhbəri Samir Abdullayev AniPay-in üstünlüklərindən danışıb: ”Yeni sistemin əsas məqsədi köçürmə və nağdsız ödənişləri əhali üçün əlçatan etməkdir. AccessBank müştəriləri üçün AniPay-ın tətbiqi nağdsız ödənişlərin effektivliyini yüksəldəcək. İnanırıq ki, AniPay sisteminin tətbiqi və geniş istifadəsi ölkədə nağd pulla aparılan əməliyyatların azalmasına və nağdsız hesablaşma mədəniyyətinin güclənməsinə xidmət edəcək.”

AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 14-ü bölgələrdə olmaqla 29 filialı fəaliyyət göstərir. 

Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin https://www.accessbank.az saytına, və ya bankın sosial media hesablarına (Facebook, Instagram, LinkedIn) daxil olmaq olar.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment