1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Mərkəzi Bankın maliyyə savadlılığı layihələri çərçivəsində Nizami Gəncəvinin yaradıcılığına həsr edilmiş silsilə tədbirlə
18.02.2022

 Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında” 5 yanvar 2021 tarixli sərəncamına uyğun olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 2021-ci ilin fevral və mart aylarında “Nizami Gəncəvi yaradıcılığında iqtisadi motivlər” adlı inşa və rəsm müsabiqəsi təşkil edilmişdir.

Ümumilikdə müsabiqəyə ölkə üzrə 7-14 yaş qrupundan olan 800 nəfərə yaxın məktəbli qatılmışdır. Məktəblilərin təqdim etdiyi inşa və rəsm nümunələri ekspertlər tərəfindən qiymətləndirildikdən sonra seçilmiş nümunələrin müəllifləri olan məktəblilər ilə Zoom platformasında görüşlər təşkil olunmuşdur. Qaliblər müsabiqələrə təqdim etdikləri və onlayn görüşlər zamanı yazdıqları inşalara, həmçinin çəkdikləri rəsmlərə əsasən müəyyən edilmişdir. Qaliblər və fərqlənən şagirdlər hədiyyələr və sertifikatlarla mükafatlandırılmışdır. Müsabiqə haqqında geniş məlumat yerli mediada və Global Money Week rəsmi veb səhifəsində yayımlanmışdır.

https://bizimpullar.az/news/detail/412;

https://issuu.com/oecd-daf/docs/gmw_annual_report_2021_pages_view/s/13525798 

Bunlarla yanaşı Nizami Gəncəvinin əsərlərindən iqtisadi motivli beytlər seçilərək inşa və rəsm müsabiqəsi üçün xüsusi yaradılan veb səhifədə (https://nizami880.cbar.az/) yerləşdirilmişdir.

Müxtəlif auditoriyaların böyük marağını nəzərə alaraq Nizami Gəncəvinin yaradıcılığına həsr edilmiş silsilə tədbirlərin davamı olaraq dahi şairin iqtisadi motivli “Beytlər” toplusu kitabça şəklində nəşr edilmişdir.

“Beytlər” toplusu kitabxanalara göndəriləcək, habelə Maliyyə savadlılığı mövzusuna həsr edilmiş müsabiqələrdə fərqlənən şagirdlərə hədiyyə ediləcəkdir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment