1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


ABB-dən maraqlı kitab!
15.02.2022

ABB korporativ sosial məsuliyyət layihəsi çərçivəsində daha bir kitabın nəşrinə dəstək verib. Bu, biznes təlimçisi Elşən Bədirxanovun “Maraqlı MBA - Rəhbərin masaüstü kitabı”dır. Fevralın 14-də “Beynəlxalq Kitab Bağışlama Günü” münasibətilə kitabın təqdimatı olub. ABB təqdimatdan dərhal sonra kitabın nüsxələrini ayrı-ayrı qurumlara, ölkəmizdəki bütün universitetlərə və mərkəzi kitabxanalara hədiyyə edəcək.

Uzun illər ölkəmizin müxtəlif biznes qurumlarında rəhbər vəzifələrdə çalışmış müəllif bu kitabı menecment təcrübəsi əsasında qələmə alıb. Kitab idarəetmə sahəsində əsas bilikləri özündə birləşdirir. Praktik nümunələrə əsaslanır. Burada dünyanın tanınmış biznes qurumlarının təcrübəsindən, nüfuzlu alimlərin fikirlərindən geniş istifadə edilir. 

ABB-nin İdarə Heyəti sədrinin müavini Taleh Tahirli bildirib ki, kitabın mövzusu bu gün ABB-də baş verən inkişaf ruhuna uyğundur: “Müasir həyatımızda biznes inzibatçılığına dair biliklər çox önəmlidir. Bu cür kitablar inkişaf proseslərinin özünü doğrultmuş təcrübəyə uyğun aparılmasına, dəyişikliklərin düzgün idarə olunmasına şərait yaradır. Ana dilimizdə belə bilik resurslarının yaranması çox faydalıdır”. 

Müəllif  Elşən Bədirxanov isə qeyd edib ki, “Maraqlı MBA – rəhbərin masaüstü kitabı” rəhbərə lazım olan əsas bilikləri əhatə edir: “Bu, dərs vəsaiti deyil. İdarəçilik aləminə maraqlı bir səyahətdir. Əminəm ki, burada yazılanlar menecerlərə və karyera inkişafını planlaşdıran hər kəsə faydalı olacaq. Belə bir kitabın nəşrinə göstərdiyi köməyə görə ABB-yə minnətdarlığımı bildirirəm”.     

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar. 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment