1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


Türkiyədə Azərbaycanın turizim imkanları təbliğ olunur
09.02.2022

Fevralın 9-da Türkiyənin İstanbul şəhərində dünyanın ən böyük turizm sərgilərindən biri olan EMİTT 2022 - Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisi öz işinə başlayıb.

Sayca 25-ci olan beynəlxalq sərgidə Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun nümayəndələri milli stendimizlə təmsil olunur. Stenddə eyni zamanda 5 yerli turizm şirkəti, 1 mehmanxana qrupu və "Azərbaycan Hava Yolları" QSC də qatılıb.

Fevralın 12-dək davam edəcək sərgi çərçivəsində Türkiyənin aparıcı turizm şirkətləri və sərgidə təmsil olunan digər xairci ölkələrdən olan nümayəndələrlə B2B (Biznesdən biznesə) formatlı görüşlərin keçirilməsi, Marketinq və PR agentləri, eyni zamanda dövlət qurumları və təşkilatları ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.

Təşkil olunacaq görüşlərdə qarşılıqlı əməkdaşlıq, turizm potensialının tanıdılması kimi məsələlər müzakirə olunacaq, eləcə də yerli turizm məhsulları, ekoturizm, kampinq, şərab turizmi və qastronomiya, qış turizm imkanları nümayiş olunacaq.

Sərgidə Azərbaycanın işğaldan azad olunun ərazilərinin turizm potensialı, Zəngəzur dəhlizi və bu dəhlizin imkanları da təbliğ ediləcək.

Qeyd edək ki, 2020-ci ildə keçirilən sərgidə dünyanın 103 ölkəsindən 842 turizm şirkəti təmsil olunub və sərgi ümumilikdə 44 mindən çox ziyarətçi qəbul edib. Bu ilki sərgiyə isə 34 ölkədən 45 minə yaxın turizm sənayesi  mütəxəssisinin, eləcə də təklif olunan səyahət imkanlarından yararlanmaq istəyən minlərlə turistin qatılacağı gözlənilir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment