1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


AccessBank özünüməşğulluq proqramı çərçivəsində sahibkarlara dəstək olur
01.02.2022

AccessBank şəxsi biznes arzusunda olan kiçik və orta sahibkarlara dəstək olmaqda davam edir. Bank, təkcə 2021-ci ilin dekabr ayı ərzində özünüməşğulluq layihəsi çərçivəsində 14 ailəyə biznesləri üçün zəruri olan avadanlıqları ianə edib. Bu sahibkarlardan 6-sı Vətən müharibəsinin iştirakçısı və ya şəhid ailəsinin üzvüdür. Bank tərəfindən dəstək almış sahibkarlar əsasən, gözəllik salonu, kişi bərbərxanası, kiçik iaşə obyekti və dərzi xidməti üzrə fəaliyyət göstərəcəklər. Sahibkarlar Bakı, Sumqayıt, Tərtər, Ağdam, Zaqatala şəhərlərini təmsil edirlər.

AccessBank cari layihəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünüməşğulluğuna dəstək sahəsində əməkdaşlığa dair imzalanan memorandumun icrası istiqamətində həyata keçirir. 

Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış proqramın əsas məqsədi aztəminatlı ailələrin kiçik sahibkarlığa çıxışına dəstək verməkdir. Onların ailə bizneslərini qurmalarına, bununla da rifah halını yaxşılaşdırmalarına imkan yaratmaqdır. 

AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 14-ü bölgələrdə olmaqla 29 filialı fəaliyyət göstərir. 

Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin https://www.accessbank.az saytına, və ya bankın sosial media hesablarına (Facebook, Instagram, LinkedIn) daxil olmaq olar.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment