1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Mərkəzi Bankda Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinin sahibkarlıq fəaliyyətində və maliyyə ekosistemində...
27.01.2022

Mərkəzi Bankda Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinin sahibkarlıq fəaliyyətində və maliyyə ekosistemində rolu mövzusunda görüş keçirilmişdir

Ölkədə kiçik və orta sahibkarların maliyyə mənbələrinə çıxış imkanlarının genişləndirilməsi və maliyyə inklüzivliyinin yüksəldilməsi, maliyyə xidmətlərinin çatdırılması kanallarının diversifikasiyası, xüsusilə regionlarda maliyyə və ödəniş xidmətlərinin əlçatanlılığının artırılması istiqamətində tədbirlər Mərkəzi Bankın daim diqqət mərkəzində saxlanılır.

Bu sahədə aparılan tənzimləmə və infrastruktur imkanlarının genişləndirilməsi tədbirləri ilə bərabər bank sektorunun və biznes icmasının cəlb edilməsi ilə davamlı maarifləndirmə və təbliğat işləri də həyata keçirilməkdədir. Bu işlər çərçivəsində Mərkəzi Bankın təşkilatçılığı ilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Sahibkarlığın İnkişafı Fondu (SİF), Azərbaycan Banklar Assosiasiyası (ABA), Aqrar Sığorta Fondu (ASF) və Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) ilə birgə maarifləndirmə xarakterli görüş keçirilmişdir.

Görüş zamanı ekosistemin drayver oyunçuları tərəfindən KOS subyektləri üçün maliyyə resurslarına çıxış imkanlarının yaradılmasında daşınar əmlaka əsaslanan kreditləşmə üzrə beynəlxalq trendlərin ölkəmizdə rəqəmsal tətbiqi, müasir infrastrukturda qurulmuş elektron Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinin üstünlükləri, girova tutma yönəldilməsinin asanlaşdırılması, daşınar əmlakların sığorta mexanizmi, avadanlıq və aqro kreditləşmə mövzularında 50-dən çox sahibkar və kredit təşkilatlarının nümayəndələrinə müvafiq təqdimatlar keçirilmişdir.

Tədbirdə KOS subyektlərini maraqlandıran sualların cavablandırılması ilə yanaşı, maliyyə mənbələrinə çıxışın asanlaşdırılması, davamlı təlim sisteminin yaradılması, yeni ideya və innovasiyaların biznesə inteqrasiyası, sahibkarların hüquqlarının müdafiəsi və digər istiqamətlər üzrə müzakirələr aparılmışdır. Eyni zamanda, tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır ki, daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan daşınar əşyalar və dövlət qeydiyyatına alınmalı olan qiymətli kağızlar istisna olmaqla, yüklülük predmeti istənilən daşınar əmlak, habelə hüquqlar və tələblər, o cümlədən gələcəkdə yüklülük sahibinin mülkiyyətində olacaq daşınar əmlaklar təşkil edə bilər.

Ölkədə əhalinin və biznes subyetklərinin maliyyə resurslarına çıxışının asanlaşdırılması və yeni maliyyə alətlərindən geniş istifadənin təmin edilməsi məqsədilə Mərkəzi Bank tərəfindən bu mövzuda görüşlərin davamlı olaraq keçirilməsi planlaşdırılır.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment