1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Leobank rəqəmsal bankı seçən istifadəçilərin sayı artıq 100 000 nəfərə çatıb
21.01.2022

Bildiyiniz kimi, “Leobank”ı seçən istifadəçilərin sayı bu yaxınlarda artıq 100 000 nəfərə çatıb. Siz bu yazını oxuyarkən, bu rəqəm sürətlə artmaqda davam edir. Rəqəmlər mövzusuna toxunmuşkən “Leobank”ın fəaliyyəti ilə bağlı bəzi real faktları sizinlə bölüşmək istərdik.

“Leobank”ın mobil tətbiqindən bir gündə 35 400 müştəri istifadə edir, aktiv istifadəçilərin sayı isə həftədə 81 000-ə çatır. Bu təəccüblü deyil, çünki Leobank komandası çox rahat bir tətbiq hazırlayıb və bunun sayəsində müştəri bütün xərclərini rahat idarə etmək imkanı əldə edir. Bundan əlavə, bütün iş dövrü ərzində bank 200 000 000 manat məbləğində 3 200 000-dən çox əməliyyat həyata keçirib. Ən əsası isə Leobank artıq müştərilərinə 260 000 AZN-dən çox keşbek ödəyib! 

Leobank partnyorlarla işləmədiyinə, keşbeki öz vəsaiti hesabına təqdim etdiyinə görə, müştərilər dünyanın istənilən yerində alış-veriş etdikdə belə, zəmanətli keşbek qazanırlar.  Bunun üçün sadəcə olaraq hər ay istifadəçilər keşbek almağı planlaşdırdığı 2 kateqoriyanı seçməlidirlər.

Leobank daim müştərilərinə ən yüksək keyfiyyətli xidmət göstərməyə çalışır. Bunun üçün daimi əlaqə siyasəti və ən yüksək icra sürəti tətbiq olunur. Dəstək komandası 24/7 işləyir və istifadəçi sorğularına çox sürətlə cavab verir. İstənilən vaxt *7773 qısa nömrəsinə zəng etməklə, həmçinin Telegram, WhatsApp və Facebook Messenger ani mesajlaşma proqramlarından istifadə etməklə, bankla əlaqə saxlaya bilərsiniz. İxtisaslı mütəxəssislər Leobank tərəfindən göstərilən xidmətlərlə bağlı istənilən sualı cavablandıracaq.

Xatırladaq ki, arzuolunan “Qara kart”ı əldə edərək “Leobank”ın müştərisi olmaq çox sadə və tamamilə pulsuzdur! Bunun üçün bir dəstə kağızı doldurub imzalamağa, saatlarla növbələrdə gözləməyə ehtiyac yoxdur. Leobank əməkdaşları kartı əvvəlcədən təyin olunmuş vaxtda birbaşa evinizə (və ya göstərdiyiniz digər ünvana) çatdırır. Həmçinin istəsəniz kartı Bakı, Sumqayıt və Gəncə şəhərlərində istənilən Unibank filialından da özünüz götürə bilərsiniz.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment