1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Xalq Bank 2021-ci ilin yekunlarını açıqladı
21.01.2022

ASC “Xalq” Bankı 2021-ci il ərzində əsas maliyyə göstəricilərində stabil mövqe  nümayiş etdirərək illik fəaliyyətini uğurla tamamlamışdır.

Xalq Bank 2021-ci ilin yekununa əsas maliyyə göstəriciləri üzrə bazar mövqeyini qoruyub saxlamışdır. Belə ki, ilin sonuna aktivlərin həcmi 2 339,39 mln manat, müştərilərə verilən kredit portfelinin həcmi 1 406,98 mln manat, banklar və digər maliyyə institutları istisna olmaqla depozitlərin həcmi 1 543,27 mln manat, cəmi kapital 449,18 mln manat təşkil etmişdir. 2020-ci ilin sonu ilə müqayisədə xalis mənfəət 5,88% artaraq 27,29 mln manata çatdırılmışdır. Beləliklə, əsas maliyyə göstəricilərinin  həcminə görə Xalq Bank Azərbaycanın ən böyük özəl banklarının üçlüyündə olan yerini qoruyub saxlamışdır. 

2021-ci il ərzində Bank beynəlxalq və yerli təşkilatlar, eləcə də qlobal ödəniş sistemləri ilə əməkdaşlığı uğurla inkişaf etdirmişdir. Ötən il Bankın inkişaf strategiyasına uyğun olaraq məhsul və xidmət çeşidinin, bankomat və POS-terminal şəbəkəsinin genişləndirilməsi, nağdsız əməliyyatların həcminin artırılması və rəqəmsallaşma kimi istiqamətlərə xüsusi diqqət ayrılmışdır. Keçən  il istifadəyə verilmiş hüquqi və fiziki şəxslər üçün vahid platformalı XalqOnline mobil bankçılıq sistemi SME Banking Club beynəlxalq agentliyi tərəfindən “2021-ci ilin korporativ seqmentə xidmət göstərən ən yaxşı tətbiqi” mükafatına layiq görülmüşdür.

2021-ci ildə Moody’s Investors Service beynəlxalq reytinq agentliyi Xalq Bankın yerli və xarici valyutada uzunmüddətli öhdəliklər reytinqini B2 səviyyəsində, reytinq üzrə proqnozunu isə “pozitiv” olaraq saxlamışdır. Agentlik Bankın kredit ödəmə qabiliyyətinin baza səviyyəsini (Baseline Credit Assessments) B3, yerli və xarici valyutada qısamüddətli və uzunmüddətli kontragent riski reytinqini (CR Assessments) B1 (cr)/Not Prime (cr) səviyyəsində təsdiq etmişdir.

2021-ci ildə Bankın həyata keçirdiyi “Xalq Əmanəti” mədəni-sosial layihəsi çərçivəsində rəssam Şamo Abasovun bədii albomu geniş ictimaiyyətə təqdim olunmuşdur. 

Ötən il fəaliyyətə başlamasının 17 illiyini qeyd edən Xalq Bank maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinə görə ölkənin bank sektorunun liderləri arasında öz mövqelərini möhkəmləndirmişdir. Xalq Bank 2021-ci il ərzində məhsuldar əməkdaşlığa görə müştəri və tərəfdaşlarına minnətdarlığını bildirir. Qazanılan uğurlar, əldə edilən nailiyyətlər loyal müştərilərin və tərəfdaşların etimadı, peşəkar personal, düşünülmüş və effektiv idarəetmə siyasətinin sayəsində mümkün olmuşdur.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment