1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


PAŞA Sığorta şirkətinin İdarə Heyətində yeni təyinat!
18.01.2022

Ölkənin qeyri-həyat sığorta bazarında lider şirkət olaraq tanınan PAŞA Sığorta şirkətinin İdarə Heyətinin tərkibində dəyişiklik baş verib. Şirkətin Direktorlar Şurasının təsdiqinə əsasən, İnarə Mirhəsənova 17 yanvar 2022-ci ildən etibarən PAŞA Sığortada İdarə Heyətinin Üzvü/ Maliyyə Blokunun Rəhbəri vəzifəsini yerinə yetirəcəkdir. Yenicə təyinat alan İnarə Mirhəsənova sığorta və maliyyə sektorunda geniş təcrübəyə malik peşəkardır. Son olaraq, PAŞA Holdinqin Biznes Qrupunda Bank və Sığorta Şirkətlərində strategiyanın icrasının monitorinqinə cavabdeh olmuşdur. Daha öncə isə PAŞA Həyat Sığorta Şirkətinin Strategiya və İnvestisiya Departamentinin Rəhbəri olaraq çalışmışdır. O, həmçinin ölkənin sığorta sektorunda mövcud olan bir neçə sığorta  şirkətində müxtəlif vəzifələrdə fəaliyyət göstərmişdir.

Qeyd edək ki, daha öncə PAŞA Sığorta şirkətində bu vəzifəni icra edən Ülviyyə Abbasovanın PAŞA Holdinq tərəfindən Qrupun yeni Strateji Aktivi olacaq şirkətin İdarə Heyətinə təyinatı haqqında qərar alınmışdır.

Hazırda qeyri-həyat sığorta sektorunun lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment