1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Turizm haqqında” yeni qanun turizm şirkətləri ilə müzakirə olunub
12.01.2022

Yanvarın 11-də Dövlət Turizm Agentliyinin əməkdaşları ilə turizm şirkətləri və turizm üzrə ixtisaslaşmış ictimai təşkilatların nümayəndələri arasında “Turizm haqqında” yeni qanunun müəyyən etdiyi tələblərin izahı, sualların cavablandırılması və ətraflı müzakirəsi məqsədilə onlayn görüş keçirilib.

Görüşdə Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov və Hüquq sektorunun müdiri Qiyafət Xeyirxəbərli qanunun maddələri üzrə iştirakçılara geniş məlumat təqdim ediblər.

Məhəmməd Muradov vaxtilə turizm sahəsində tələb edilən lisenziyaların ləğvinin sahibkarlığın inkişafına təkan verdiyini, lakin yeni tənzimləyici mexanizmlərin olmamasının turizm sənayesi subyektlərinin fəaliyyətinin dövlət nəzarətindən kənarda qalmasına, həmçinin istehlakçıların hüquqlarının pozulması hallarının çoxalmasına səbəb olduğunu bildirib.

O, bu və digər zərurətlərlə əlaqədar beynəlxalq standartlara cavab verən turizm xidmətlərinin formalaşdırılmasını, turizm infrastrukturunun inkişaf etdirilməsini müəyyən edən, bununla yanaşı sektorun dayanıqlı inkişafını təmin edəcək yeni “Turizm haqqında” qanunun hazırlandığını diqqətə çatdırıb.

Agentliyin əməkdaşı Qiyafət Xeyirxəbərli 5 fəsil 22 maddədən ibarət olan yeni qanunda turizmin növləri və formaları, ayrı-ayrı növlərinin mövsümilik probleminin aradan qaldırılmasında rolu, bu sahədə dövlətin apardığı siyasətin əsas istiqamətləri və vəzifələri, eləcə də turist məmmunluğunun artırılması məqsədilə yardım mərkəzinin yaradılması, xidmət keyfiyyətinin yüksəldilməsini təmin edəcək standartlaşdırma və sertifikatlaşdırma sisteminin əsasının müəyyən edilməsi, ölkədə fəaliyyət göstərən turoperator və turagentlər üçün mülki məsuliyyət sığortasının müəyyən edilməsi kimi məsələlərin yer aldığını bildirib.

O, yeni qanunda əksini tapan ulduzlaşma prosesi, sənaye assosiasiyalarının yaradılması, rekreasiya zonalarının formalaşdırılması, turizm layihələrinin qrantlar vasitəsilə maliyyələşdirilməsi, turistlərin hüquq və vəzifələri, həyat və sağlamlıqlarının sığortalanması və digər məsələlər haqda geniş məlumat verib.

DTA əməkdaşları tərəfindən görüş iştirakçılarının qanunda mülki məsuliyyət sığortası, Turizm Reyesteri, turizm vizası və turistlərə verilən elektron vizalar, səfər sığortası, turagentlər və turoperatorlarla bağlı digər məsələlərə dair suallar geniş şəkildə cavablandırılıb.

Görüşdə iştirak edən Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Rüfət Hacıyev yeni qanunda mülki məsuliyyət sığortasının tədbiqi məsələsinə toxunaraq gələcəkdə bu addımın vətəndaş və turizm şirkətləri arasında yaşanan neqativ halların aradan qaldırılmasına və turist məmnunluğunun artırılmasına dəstək olacağını bildirb. Rüfət Hacıyev yeni qanunun ölkənin müasir turizm sənayesinin formalaşdırılması və turizm sahəsində sahibkarlıq fəaliyyətinin dəstəklənməsi baxımından əhəmiyyətli olduğunu qeyd edib.

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev öz növbəsində  “Turizm Reyestrinin aparılması” qaydalarının tədbiqinə  toxunaraq ölkənin turizm ehtiyatları və sənayesi barədə  vahid turizm informasiya bazasının yaradılması baxımından atılan bu addımın gələcəkdə turizm bazarında müsbət irəliləyişə səbəb olacağını vurğulayıb.

Yeni “Turizm haqqında” qanunun müddəlaları barədə hotel sənayesinin nümayəndələrinin və turizm bələdçilərinin də məlumatlandırılması məqsədilə 12-13 yanvarda onlayn görüşlərin keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Milli Məclisin dekabrın 27-də keçirilən plenar iclasında “Turizm haqqında” qanun layihəsi üçüncü oxunuşda təsdiqlənib.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment