1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hosptalının Urologiya şöbəsinin rəisi, uzman cərrah uroloq Bəhruz Xalıqov “Həkim məsləhəti” rubrikasında
07.01.2022

Mərkəzi Gömrük Hosptalının Urologiya şöbəsinin rəisi, uzman cərrah uroloq Bəhruz Xalıqov “Həkim məsləhəti” rubrikasında  “Sidik kisəsi xərçəngi” mövzusunda məlumat verib.  

Dünya üzrə yayılma tezliyi hər 100 000 nəfərə 2, Avropa üzrə isə 6-dır. Sidik kisəsi xərçəngi kişilərdə daha tez-tez rast gəlinir. Ən geniş yayılmış risk faktoru tütünçəkməkdir. Tütünçəkmə xəstəlik hallarının yarısında rast gəlinir.  Tütünçəkmə sidik kisəsi xərçəngi riskini 4 dəfə artırır.  Digər risk faktorlarına kimya, kauçuk, boyaq və neft sənayesində istifadə olunan kimyəvi maddələr daxildir.  

Makroskopik hematuriya sidik kisəsi xərçənginin ən çox rast gəlinən birinci simptomudur. Xəstələrin 90%-i bu şikayətlə həkimə müraciət edirlər. Hematuriya adətən laxtalı və ağrısızdır. Xəstələrin 20%-də sidik kisəsinin qıcıqlanma simptomlarına  dizuriya, sidik ifrazının tezliyinin artması və təcili sidik ifrazı daxildir.  

Sistoskpiya ən vacib müayinədir. Sidik yaxmasının sitoloji müayinəsi sidik kisəsi xərçənginin 1/3-ni təyin edə bilir. Mənfi sitoloji analiz nəticələri sidik kisəsi xərçəngi və sonrakı müayinələri istisna etmir, amma pozitiv nəticələr demək olar ki, həmişə sidik kisəsi xərçənginin əlamətidir.  Sitoloji analizin bir  dəfə aparılması kifayətdir.  Əlavə olaraq digər müayinələr və sidiyin ümumi analizi, kişilərdə prostat spesifik antigen analizi yerinə yetirilməlidir.  Bütün xəstələrdə yuxarı sidik yollarının adətən KT uroqrafiyası edilməlidir.

Sidik kisəsi səthi xərçənginin müalicəsi transuretral elektrorezeksiyadan (TUR) ibarətdir. Sidik kisəsi rezeksiya proseduru zamanı sidik kisəsi daxili kimyəvi terapiyanın bir dəfə edilməsi şişin residivini azalda bilər. Sonrakı müalicəyə ehtiyac risk təsnifatına əsaslanır. Aşağı riskli şişlər digər müalicələri tələb etmirlər. Residiv və proqressivləşmə riski sidik kisəsi daxili terapiya ilə azaldıla bilər, ən çox istifadə olunan dərman BDG (Bacillus Calmette-Guerin), epirubin və mitomycin C-dir.

İnvaziv sidik kisəsi xərçənginin qızıl standart müalicəsi sistektomiyadır. Əməliyyat edilən zaman xəstələrin təxminən yarısında metastaz olur. Bir qrup xəstə əməliyyat sonrası da əlavə kimyaterapiya və radioterapiya müalicələri alır. Normal sidik ifrazı qabiliyyətini qoruyub saxlayan cərrahi metodlar xəstələrin həyat keyfiyyətini yaxşılaşdırmışdırlar. Xəstələr residivə səbəb olduğu üçün tütünçəkməni dayandırmaq üçün ruhlandırılmalıdırlar.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment