1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalının Mama-Ginekologiya şöbəsinin rəisi, mama-ginekoloq, t.f.d., Dr.Təranə Bayramova “Həkim məsləhəti” rubrikasında
06.01.2022

Mərkəzi Gömrük Hospitalının mama-ginekoloqu “Hamiləlikdə bel ağrıları” mövsuzunda danışıb

Mərkəzi Gömrük Hospitalının Mama-Ginekologiya şöbəsinin rəisi, mama-ginekoloq, t.f.d., Dr.Təranə Bayramova “Həkim məsləhəti” rubrikasında “Hamiləlikdə bel ağrıları” mövsuzunda suallarımızı cavablandırıb. 

Hamiləlikdə ən çox rast gəlinən şikayətlər bel ağrılarıdır. Əsasən hamiləliyin son aylarında meydana çıxan bel ağrısı şikayətləri hamiləlik dövründə bir sıra çətinliklər yarada bilməkdədir. Bəs hamiləlik dövründə bel ağrılarının müşahidə olunması normal hesab edilirmi və səbəbi nələrdir?

Hamiləliyin 5-7-ci aylarında qadınların əksəriyyətində rast gəlinən bel ağrıları hamiləlik sonlandıqdan 1-3 ay sonra aradan qalxmaqdadır. Bel ağrıları hamilələrin 1/3-ində həyat keyfiyyətini poza və xronik hala keçə bilər. Hamiləlikdə ən çox rastlanan çanaq sümükləri ətrafında və ya bel hissəsində olan, əzələ və sümük-oynaq sistemində gərilmə və ya boşalmaya bağlı olan ağrılardır. Hər iki hala birlikdə də rast gəlmək mümkündür. 

Hamiləlik zamanı görülən bel ağrıları biomexanik, hormonal, damar və digər mənşəli ola bilər. Aparılan tədqiqatlar zamanı məlum olmuşdur ki, bel ağrıları artıq çəki və qarının böyüməsinə bağlı qamət şəklinin dəyişməsi ilə əlaqəli olmayıb, hamiləlikdən əvvəl onurğanın bel hissəsinin deformasiyası olan qadınlarda daha çox müşahidə edilir. 

Qısa müddət ərzində artıq kilonun alınması bel ağrılarının yaranmasına səbəb ola bilər. Hamiləlik zamanı uşaqlığın böyüməsi qarın və bel əzələləri arasında qüvvə tarazlığının pozulmasına gətirib çıxara və böyümüş uşaqlığın ağırlığı birbaşa təzyiq edərək ağrı yarada bilər. 

Hamiləlik zamanı qanda relaksin, estrogen və progesteron səviyyələri yüksəlmiş olur. Yüksək relaksin səviyyəsi bağ-oynaq aparatında boşalmalara səbəb ola bilər. Estrogen hormonunun miqdarının artması relaksinin təsirini gücləndirərək bel ağrılarının əmələ gəlməsinə gətirib çıxarır. 

Böyümüş uşaqlıq aortaya təzyiq göstərdiyi zaman toxumalarda işemiya və metabolik pozulma sahələri yarana bilir ki, bu da bel ağrılarına səbəb ola bilir. Bəzi hallarda iş və psixoloji amillər də bel ağrısı törədə bilməkdədir.

D vitamini çatışmazlığı olan hamilələrdə çanaq sümüklərində müvəqqəti yaranan osteoporoza bağlı yumşalma və sınıqlar, əzələ dartılmaları ağrıya səbəb ola bilər.

Hamiləlik dövründə bel ağrılarını necə azalda bilərik?

Hamiləlikdən əvvəl formada olmaq, qarın və kürək-bel əzələlərinin qüvvətli olması bel ağrıları riskini azaltsa da, çanaq əzələlərindəki ağrını azaltmayacaqdır. Relaksin hormonunun ifrazı fərdidir, qadınlara görə dəyişir. Bu hormonun artıq ifrazı isə ağrıları artırmış olur.

Hamiləlik dövründə həyat keyfiyyətini yüksəltmək üçün aşağıdakı qaydalara əməl etmək lazımdır:

Çox kilo almamağa nəzarət etmək lazımdır;

D vitamini və kalsium istifadə edilməlidir;

Gəzmək lazımdır;

Əzələlərdə olan gərginliyi aradan qaldırmaq üçün qaməti düzgün saxlamağa diqqət edilməlidir;

Oturma vəziyyəti tez-tez dəyişdirilməlidir;

Oturarkən bel yastıqlarından istifadə olunmalıdır;

Gecələr arxası üstə yatmaq çətin olarsa, yan üstə yatılmalı və qarnın altına yastıq qoyulmalıdır;

Çanaq və beli yora biləcək kəskin hərəkətlər edilməməlidir;

Ayaqüstə uzun müddət qalmaq olmaz;

Oturma və ayaqüstə qalma müddəti uzun olarsa, bir ayağın altına stul qoyaraq gərgin olan əzələləri boşaltmaq lazımdır;

Nəfəs alma və vermə hərəkətlərini etmək lazımdır;

Hündür dabanlı ayaqqabı geymək məqsədəuyğun deyil;

Gün ərzində mümkün olduğu qədər istirahət edilməlidir;

Gün ərzində ağrıyan yerə 20 dəqiqədən artıq olmayaraq istilik və massaj tətbiq edilə bilər;

Ağrı davam edərsə, həkiminizlə məsləhətləşərək ağrıkəsici istifadə olunmalıdır.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment