1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Muğanbankın Avropa bankı ilə birgə layihəsi uğurla tamamlanmışdır
28.12.2021

“Muğanbank” ASC və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən transformasiya layihəsi uğurla tamamlanmışdır. 

2020-ci ilin ikinci yarısından etibarən “Azərbaycanda Maliyyə Vasitəçilərinin Potensialının Yaradılması Texniki Əməkdaşlıq Proqramı” çərçivəsində “Muğanbank” ASC və AYİB arasında imzalanmış müqaviləyə əsasən həyata keçirilən üçfazalı transformasiya layihəsi xarici konsultant komandaların – TA Consult Partners və Business & Finance Consulting (BFC) – dəstəyilə uğurla icra olunmuşdur.  

Layihə çərçivəsində Muğanbankda strategiya, risklərin idarə olunması, problemli kreditlərin həlli, komplayns və informasiya texnologiyaları, həmçinin mikro, kiçik və orta müəssisələrin kreditləşdirilməsi sahəsinin təkmilləşdirilməsi və qabaqcıl beynəlxalq praktikaya uyğunlaşdırılması istiqamətində mərhələli şəkildə işlər görülmüş və qarşıya qoyulan hədəflərə nail olunmuşdur.

Bundan əlavə “Muğanbank” ASC postlayihə dövründə filial şəbəkəsinin optimallaşdırılması, 2021-2023-cü illər üçün strateji planına əsasən yeni xidmət modelinə keçidin təmini və rəqəmsallaşma istiqamətində dəyişiklikləri davam etdirəcək. 

Adıçəkilən layihə Avropa Birliyinin EU4Business Initiative fondu, Türkiyənin Xəzinə və Maliyyə Nazirliyinin dəstəyilə həyata keçirilmişdir.

Xarici maliyyə qurumları ilə əməkdaşlığa xüsusi önəm verən Muğanbank bundan sonra da potensial biznes layihələri üzrə həm Avropa Yenidənqurma və İnkişaf Bankı, həm də digər maliyyə qurumları ilə əməkdaşlığı davam etdirəcəkdir.

Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan “Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda Bankın ölkə ərazisində 23 filialı və 10 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. “Muğanbank” ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), ICBC Bank – Industrial and Commercial Bank of China təşəbbüsü ilə yaradılan “Belt and Road Bankers Roundtable Mechanism” (BRBR – “Bir Kəmər-Bir Yol” Banklarının Dəyirmi Masası), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ-ın WorldBusiness Capital (WBC) investisiya fondu, Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), İnkişaf üçün Yaşıl Fond (GGF), Cənub-Şərqi Avropa üzrə Avropa Fondu (EFSE), Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu (SBFIC) kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir. Muğanbankın xidmət və məhsulları haqqında ətraflı məlumat almaq üçün 933 Məlumat Mərkəzinə zəng edə və ya www.muganbank.az saytına keçid ala bilərsiniz.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment