1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


ABB işəqəbul portalını təqdim etdi
27.12.2021

ABB ölkəmizdə bank sektorunun ən yaxşı işəgötürəni brendini formalaşdırmaq üçün daha bir əhəmiyyətli addım atıb. Bank işəqəbul prosesini asanlaşdıran https://careers.abb-bank.az platformasını istifadəyə verib. 

ABB-dəki vakansiyalara müraciət etmək istəyən namizədlərin artıq Banka mütəmadi CV göndərmələrinə ehtiyac yoxdur. Namizədlər portalda özlərinə şəxsi kabinet yaratmaqla mövcud vakansiyalar barədə ətraflı məlumat əldə edə və müraciətlərini yükləyə bilərlər. Portal namizədlərə təkrar müraciət göndərmədən şəxsi kabinetdən məlumatlarını yeniləmək imkanı yaradır. Namizədlər ABB-də işəqəbul üçün müraciətlərinə baxılma prosesinin mərhələlərini  də portalda izləyə bilərlər. 

Bankın Baş direktoru Aynur Süleymanlı bildirib: “ABB rəqəmsallaşma proseslərini genişləndirir və bu sahədə ən qabaqcıl təcrübələri tətbiq edir. İndiyə kimi bir çox proseslərimizi avtomatlaşdırmışıq. Təlimlərimiz xüsusi platformada həyata keçirilir. İndi isə belə bir portalı istifadəyə verməklə komandamıza qoşulmaq istəyən istedadların inkişafı üçün real imkan yaratdıq”.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar. 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment