1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Ölkə səviyyəsində keçirilən sığorta maarifləndirməsi layihəsinin ilk mərhələsi başa çatıb
23.12.2021

Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu arasında imzalanmış “Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair qarşılılıqlı əməkdaşlıq haqqında” Memorandum çərçivəsində ölkə səviyyəsində təşkil olunmuş təbliğat və maairifləndirmə layihəsinin birinci mərhələsi uğurla başa çatıb.

İlk mərhələdə ölkədə fəaliyyət göstərən kütləvi informasiya vasitələri və sosial media kanalları vasitəsilə əhalidə və biznes dairələrində sığorta sahəsində risk mədəniyyətinin formalaşdırılması başlıca prioritet olub.

Qeyd edilən  istiqamətdə radio və televiziya kanallarında 60 dəfədən çox maarifləndirici verilişlər təşkil olunub, yazılı mediada isə 90 dəfəyə yaxın reportaj və xəbərlər dərc olunub. Sığorta sahəsində xeyli sayda müxtəlif məzmunlu marifləndirici və təbliğat materialları hazırlanaraq effektiv media kanalları vasitəsilə geniş əhatədə yayımlanması təmin olunub. Bu və eyni zamanda sosial şəbəkələr üçün hazırlanmış materiallar vasitəsilə ehtimal edilən risklərin yarada bilələcəyi itkilərin qarşısının alınmasında sığortanın faydasına dair ictimaiyyətə dəstəkləyici mesajlar verilib.

Müvafiq istiqamətdə atılan addımlar sığorta bazarının artım tempində də özünü göstərməyə başlamışdır. 2021-ci ilin yanvar-noyabr ayları ərzində sığorta haqqlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 15% artıb. Belə ki, müvafiq dövr ərzində təmin olunmuş sığorta yığımları 767 milyon manat təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisə 100 milyon manat çoxdur.

Sığorta savadlılığının artırılması layihəsi növbəti ildə də davam etdiriləcək, əhaliyə sığorta sinifləri ilə bağlı maarifləndirici məlumatlar ötürüləcək.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment