1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


Fidyəçi təcavüzkarlar biznesi hədəf alır: 2021-ci ildə dünya üzrə şirkətlərə edilən hücumların demək olar ki...
23.12.2021

Fidyəçi təcavüzkarlar biznesi hədəf alır: 2021-ci ildə dünya üzrə şirkətlərə edilən hücumların demək olar ki, yarısında fidyə proqramları tətbiq olunub

2021-ci ildə fidyə proqramlarının operatorları böyük şirkətlərə hücumlara köklənərək öz arsenallarını təkmilləşdirib. Bu cür proqramları yayan dəstələri dəstəkləyən bütöv bir yeraltı ekosistem meydana çıxıb. 

2021-ci ilin ilk üç rübündə Kaspersky mütəxəssisləri 32 yeni fidyə proqramı ailəsi və bu növdən olan ziyankar proqramların 11 min yeni modifikasiyasını aşkarlayıb. 

2021-ci ilin yanvarından noyabrına qədər fidyə proqramı hücumları ilə əlaqədar və Kaspersky-nin kiber insidentlərə cavab komandası tərəfindən cavablandırılmış sorğuların payı 47% faiz təşkil edib. 2020-ci ildə bu göstərici əhəmiyyətli dərəcədə aşağı yəni 38% olub. Ən geniş yayılmış hədəflər sırasına dövlət şirkətləri və sənaye müəssisələri daxildir. Demək olar ki, hər ikinci fidyə proqramı hücumu bu iki sahədən birinə edilib. Eyni zamanda bu hücumlara İT şirkətləri və maliyyə qurumları da məruz qalıb. 

Fidyə proqramlarının operatorları fidyənin məbləğini böyüdür və daha böyük hədəflərə hücum edirlər. Məhz buna görə də, hüquq-mühafizə orqanları onları aktiv şəkildə təqib edir, nəticədə bu cür hücumların effektivliyi azalır. Kaspersky mütəxəssisləri iki vacib trendi müşahidə edir, hansı ki, onların fikrincə 2022-ci ildə inkişaf edəcək. Birincisi, fidyə proqramları dəstələri hücum səthlərini böyütmək üçün Linux dəstlərindən tez-tez istifadə etməyə başlayıblar. Məsələn, RansomExx və DarkSide qrupları bu yola baş vurub. İkincisi, onlar maliyyə şantajına köklənməyə başlayıblar yəni oğurlanmış məlumatları yaymaqla hədələyirlər. 

 “2020-ci ildə Ransomware 2.0 adlı proqram haqqında danışmağa başladıq, 2021-ci ildə isə görürük ki, fidyə proqramlarının yeni erası tam sürətlə irəliləyir. Operatorlar təkcə məlumatları şifrələmirlər, onları böyük şirkətlərdən oğurlayır və fidyə ödənilmədiyi təqdirdə məlumatları ictimaiyyətə açıq mənbələrə yerləşdirməklə hədələyirlər. Bu cür hücumların növbəti ildə də davam edəcəyini gözləyirik,” deyə Kaspersky-nin mürəkkəb təhdidlərin tədqiqatı bölməsinin rəhbəri Vladimir Kuskov bildirib.

 “Fidyə proqramlarının hücumları bu il bütün dünyada xüsusilə aktuallaşıb. Hüquq-mühafizə orqanları onlarla aktiv şəkildə mübarizə aparır və bizim mütəxəssislərimiz təcavüzkarların öz hücumlarını təkmilləşdirəcəyini proqnozlaşdırır. Məhz buna görə də, şirkətlərin hərtərəfli müdafiə haqqında düşünmələri olduqca vacibdir,” Kaspersky-nin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov qeyd edib.

Fidyə proqramlarının biznes təşkilatlarına hücumlarının uğurlu olmaq ehtimalını minimuma endirmək üçün Kaspersky tövsiyə edir:

əgər vacib deyilsə, ictimai şəbəkələrdən uzaq iş masası xidmətlərinə (RDP kimi) qoşulmağı qadağan etmək və bu cür xidmətlər üçün hər zaman etibarlı şifrələrdən istifadə etmək;

uzaqdan çalışan əməkdaşların qoşulmalarını təmin edən və korportiv şəbəkədə şlyuz rolunu oynayan ticari VPN həlləri üçün mövcud düzəlişləri operativ şəkildə quraşdırmaq;

zəifliklərin istismarını önləmək üçün istifadədə olan bütün cihazların proqram təminatını müntəzəm olaraq yeniləmək;

müdafiə stretegiyasını məlumatarın internetdə üfüqi yerdəyişmələri və eksfiltrasiyasına kökləmək; təcavüzkarların rabitəsini aşkara çıxarmaq üçün çıxış trafikinə xüsusi diqqət yetirmək;

aktual TTP təcavüzkarlarından xəbərdaq olmaq üçün aktual Threat Intelligence məlumatlarından istifadə etmək;

Kaspersky Symphony EDR və Kaspersky Symphony MDR kimi, hücumları erkən mərhələlərdə aşkarlamaq və dayandırmağa kömək edən qoruma həlləri tətbiq etmək;

əməkdaşlara korporativ mühitin təhlükəsizliyinin təmin edilməsi mövzusunda təlim keçmək və onları bu istiqamətdə təlimatlandırmaq; bu işdə, məsələn, Kaspersky Automated Security Awareness platformasında tapa biləcəyiniz ixtisaslaşmış kurslar köməyə çata bilər. Burada fidyə proqramı hücumlarından qorunmaq haqqında pulsuz dərslər mövcuddur;

müntəzəm əsasda məlumatların ehtiyat nüsxəsini yaratmaq və fövqəladə hallarda “backup”-a tez çıxış əldə edə biləcəyiniz barədə əmin olmaq;

iş yerlərinin qorunması üçün Kaspersky Symphony Security kimi etibarlı həllərdən istifadə etmək. Kaspersky-nin bu həllində eksploytlara qarşı mübarizə mexanizmi, həmçinin anomal davranışın aşkarlanması və sistemin bərpası funksiyaları əlavə edilib, hansı ki, zərərli fəaliyyətlər zamanı sistemi geriyə qaytarmağa imkan verir. Biznes üçün Kaspersky Symphony Security həm də özünümüdafiə vasitələriniə malikdir ki, onların sayəsində təcavüzkarlar onu silə bilmirlər.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment