1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


PAŞA Sığorta Parkinq KASKO məhsulunun yeni paketini təqdim edir!
22.12.2021

PAŞA Sığorta avtomobillərin KASKO sığortası üzrə Parkinq KASKO məhsulu paketlərini yenilədi. Belə ki, avtomobil sahibləri artıq sadəcə 199 AZN ödənişlə 20.000 AZN-dək təminat əldə etmək imkanı qazanacaqlar. Bu paketi əldə edərək müştərilər aşağıdakı risklərə qarşı təminat əldə edəcəklər:

Atılmış və ya düşmüş əşya;

Oğurluq, quldurluq, qaçırma və soyğunçuluq;

Yanğın və partlayış;

Heyvanların hərəkəti;

Təbii fəlakətlər ;

Üçüncü şəxsin qanunazidd hərəkəti (avtonəqliyyat hadisəsi istisna olmaqla).


Parkinq KASKOnun digər paketləri isə müştərilərə 79 AZN və ya 99 AZN ödənişlə müvafiq olaraq 5.000 AZN və 10.000 AZN sığorta təminatı təqdim edir. Bu iki paketi əldə edən müştərilər aşağıdakı təminatlardan faydalana biləcəklər:

Atılmış və ya düşmüş əşya;

Oğurluq, quldurluq, qaçırma və soyğunçuluq;

Yanğın və partlayış;

Heyvanların hərəkəti;

Təbii fəlakətlər.


Qeyd edək ki, 20.000 AZN və ya 10.000 AZN təminat təklif edən paketləri əldə etmək istəyən avtomobil sahibləri rəsmi və ya qeyri-rəsmi servis seçimindən faydalana biləcəklər. 

Parking KASKO məhsulunu əldə etmək, eyni zamanda daha ətraflı məlumat üçün *7000 Sığorta Məsləhətləri xətti ilə əlaqə saxlamaq mümkündür. Bununla yanaşı, müştərilər avtomobilin marka/modeli, istehsal tarixi, təqribi bazar dəyəri, əlaqə nömrəsi kimi məlumatları, həmçinin şəxsiyyət vəsiqəsi və avtomobilin qeydiyyat şəhadətnaməsinin şəklini mesaj olaraq PAŞA Sığorta şirkətinin rəsmi Facebook səhifəsinə (https://www.facebook.com/pasha.insurance/) göndərərək Parkinq KASKO sığortası üçün müraciət edə bilərlər.

Qeyd etmək istərdik ki, hazırda qeyri həyat sığorta bazarının lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan "PAŞA Sığorta" 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment