1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


2021-ci ildə Kaspersky tərəfindən gündəlik orta hesabla 380 min zərərli fayl aşkarlanıb
20.12.2021

2021-ci ildə Kaspersky tərəfindən gündəlik orta hesabla 380 min yeni zərərli fayl aşkarlanıb. Bu isə 2020-ci il ilə müqayisədə 5.7% çoxdur. Təhdidlərin əksəriyyəti (91%) ənənəvi olaraq WindowsPE fayllarının (Windows əməliyyat sistemində istifadə olunan fayl formatı) tərkibində olub. 2021-ci ildə təcavüzkarlar həmişəkindən daha aktiv şəkildə Linux üçün təhdidlər yayıblar. Bu qrupdan olan əməliyyat sistemləri üçün aşkarlanmış zərərli və arzuolunmaz proqramların sayı 57% artıb.

Öz surətini çıxara və sistemə daxil olduqdan sonra özbaşına yayıla bilən aşkarlanmış qurdların sayı 117.5% artıb, viruslarda isə artım 27% olub. Aşkarlanmış təhdidlərin yarısından çoxunu (54%) spesifik olmayan troyanlar təşkil edib. Eyni zamanda, 2021-ci ildə dropper toryanların sayı da 2.24% artıb. Bu tip zərərvericilər xüsuilə təhlükəlidir, çünki qurbanın cihazına daha mürəkkəb zərərli proqramları yerləşdirmək üçün nəzərdə tutulub.

 “2021-ci il ərzində ötən illə müqayisədə bir gündə 20 min daha çox zərərli fayl aşkarlamışıq. Bu gözlənilməz deyildi - əksər insanların uzaqdan iş rejiminə davam etməsi səbəbindən ümumi onlayn aktivlik hələ də pik səviyyədə qalır. Offlayna kütləvi keçid o deməkdir ki, insanlar daha çox cihazdan istifadə edir. Bu da, öz növbəsində hücumların artımına gətirib çıxarır və nəticə olaraq qorunma səviyyəsini azaldır. Buna görə də, istifadəçilərin öz rəqəmsal savadlılıqlarını artırmaları və qorunma həllərini zamanında yeniləmələri vacibdir”, - deyə Kaspersky-nin kiber təhlükəsizlik mütəxəssisi Denis Staforkin qeyd edir. 

Təşkilatların zərərli fayllar və və istənilən mürəkkəblikdəki, o cümlədən, ən mürəkkəb kiber təhdidlərdən qorunması üçün Kaspersky tezliklə özünün yeni həll xətti olan Kaspersky Symphony-ni işə salacaq. Onun əsasında həm fiziki, həm də mürəkkəb kiber təhdidlərin aşkarlanması və onlara cavab verilməsi üçün qabaqcıl alətlərlə təchiz edilmiş virtual iş cihazlarının qorunması üçün tanınmış texnologiyalar dayanır. 

Bu xəttə dörd səviyyə daxildir: Kaspersky Symphony Security, Kaspersky Symphony EDR, Kaspersky Symphony MDR və Kaspersky Symphony XDR. Sifarişçilər özlərinə lazım olan səviyyəni seçə və çox rahat şəkildə biznesin inkişafı və informasiya təhlükəsizliyi sahəsində sayıqlığın növbəti mərhələsinə keçə bilərlər. 

Kaspersky Symphony XDR bir lisenziyada iş yerlərinin və elektron poçtların qorunması, qum saatı, şəbəkə trafikinin analizi üçün alətlər, işçilərin məlumatlılığının artırılması və təhdidlər haqqında məlumatlarla işləmək üçün platformaları birləşdirir. 

Yeni məhsul xəttinin buraxılışı 2022-ci ilin əvvəlinə nəzərdə tutulub. Kaspersky Symphony XDR və digər səviyyələr haqqında daha ətraflı buradan öyrənə bilərsiniz: https://go.kaspersky.com/symphony.

2021-ci il üçün digər analitik məlumatlarla tanış olmaq, həmçinin Kaspersky mütəxəssislərinin 2022-ci il üçün proqnozlarını öyrənmək üçün buraya keçid edin: https://securelist.ru/ksb-2021/.

* “Kaspersky Security Bulletin: Statistics of the Year” hesabatından götürülmüş məlumatlar

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment