1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


“AniPay ilə ödə və qazan” adlı stimullaşdırıcı lotereya üzrə qaliblər müəyyən olunmuşdur
17.12.2021

10 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankında cəmiyyətdə rəqəmsal ödənişlərə marağın artırılması məqsədilə həyata keçirilən və cari ilin noyabr ayını əhatə edən “AniPay ilə ödə və qazan” adlı stimullaşdırıcı lotereyanın uduş fondu oynanılmışdır.

Lotereya “Azərbaycan Respublikası Mərkəzi Bankının 2021-2023-cü illər üçün Rəqəmsal Ödəniş Strategiyası”nın 5.2.1-ci yarımbəndi üzrə “Mərkəzi Bank tərəfindən stimullaşdırıcı lotereyanın keçirilməsi” tədbiri çərçivəsində innovativ ödəniş həlləri təqdim edən Ani Ödənişlər Sistemindən (AÖS) istifadənin təşviqi, habelə ölkədə nağdsız ödənişlərin stimullaşdırılması sahəsində aparılan siyasətin dəstəklənməsi məqsədilə keçirilmişdir.

Lotereya dövründə AÖS vasitəsilə minimum 5 (beş) manat məbləğində köçürmə əməliyyatı aparan istifadəçilər lotereyada iştirak hüququ əldə etmişdir. Yalnız fiziki şəxslər arasında aparılan əməliyyatları əhatə edən lotereyada ölkə üzrə ümumilikdə 400 nəfər qalib elan olunmuşdur. Hər bir qalib üzrə 100 (bir yüz) manat təşkil edən uduş məbləği qalib şəxslərin bank hesablarına köçürülərək bu barədə qalib şəxslərə müvafiq banklar tərəfindən məlumat veriləcəkdir. Lotereya iştirakçıları, eyni zamanda, https://anipay.az/lottery resursunda FİN (Fərdi İdentifikasiya Nömrəsi) məlumatını daxil etməklə lotereyada qalib olub-olmadığını öyrənə bilərlər.

Qeyd edək ki, hazırda 20 bank, “Azərpoçt” MMC və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi AÖS platformasına inteqrasiya olunmuşdur. İstifadəçilər AÖS-ün “AniPay” mobil tətbiqi (Android: http://bit.ly/3b78WQo və IOS: https://apple.co/3hXL17u), habelə bankların sistemə inteqrasiya olunmuş internet və mobil bankçılıq xidmətlərinin “AniPay” funksionallığı bölməsindən istifadə etməklə 24/7/365 rejimində əməliyyatlarını anında həyata keçirə bilərlər. Sistemin əhatə dairəsinin genişləndirilməsi, habelə istifadəçilər üçün təqdim olunan rəqəmsal həllərin çeşidinin artırılması istiqamətində işlər davam etdirilməkdədir.

 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment