1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Mərkəzi Bankda media nümayəndələri üçün növbəti təlim keçirilmişdir
15.12.2021

 “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən irəli gələn əsas çağırışların, hədəflərin və bu istiqamətdə aidiyyəti üzrə görülən işlər barədə məlumatın ictimaiyyətə düzgün kommunikasiya edilməsi, bu xüsusda missiyanın ötürücü vasitəsi və mühüm hədəf qruplarından biri kimi media institutları ilə peşəkar əməkdaşlığın gücləndirilməsi, jurnalistlərin iqtisadi-maliyyə sahəsində biliklərinin artırılması məsələləri Mərkəzi Bankda daim diqqət mərkəzində saxlanılır.

Bu məqsədlə Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün ənənəvi olaraq “Açıq qapı” tədbirləri, Mərkəzi bankçılıq, maliyyə-bank sisteminə dair bilik və bacarıqların təkmilləşdirilməsi, maliyyə bazarları və s. mövzularda təlimlər təşkil olunur.

Bu prosesin davamı olaraq yeni qəbul olunmuş “Azərbaycan Respublikası Mərkəzi Bankının 2021-2023-cü illər üzrə kommunikasiya strategiyası”ndan irəli gələn vəzifələrə uyğun olaraq nəzərdə tutulan tədbirlərdən biri kimi 15 dekabr 2021-ci il tarixində Mərkəzi Bankda “Rəqəmsal həllər və təhlükəsizlik” mövzusunda mətbuat nümayəndələri üçün videokonfrans formatında növbəti təlim keçirilmişdir.

Mastercard şirkəti ilə birgə keçirilmiş təlim jurnalistlərin bu istiqamətdə biliklərini artırmaqla yanaşı, onlar tərəfindən maliyyə xidmətləri üzrə rəqəmsal həllər və təhlükəsizlik məsələləri mövzusunda hazırlanan reportajların effektivliyinin artırılmasına, nağdsız ödənişlər sahəsində maarifləndirmə, təbliğat tədbirlərinin həyata keçirilməsi işində kömək edəcəkdir.

Təlim iştirakçılarına rəqəmsal ödənişlər sahəsində qlobal səviyyədə baş verən son trendlər, yeni texnoloji innovasiyalar sayəsində daha müasir ödəniş alətlərindən istifadə imkanları, Mastercard şirkətinin rəqəmsal ödənişlər üzrə təklif etidiyi innovativ həllər barədə ətraflı məlumat verilmişdir.

Bunlarla yanaşı kartlardan istifadə zamanı təhlükəsizlik qaydalarına riayət etmək üzrə daha effektiv təbliğat və təşviqat kompaniyalarının təşkili, əhali arasında maarifləndirmənin artırılması istiqamətində səylərin artırılmasına dair müzakirələr aparılmışdır.

Təlim zamanı təqdim olunan mövzular barədə jurnalistləri maraqlandıran suallar ətraflı cavablandırılmış, sonda iştirakçılara sertifikatlar təqdim olunmuşdur.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment