1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


ABB-nin yeni konseptdə qurulmuş Binəqədi filialı müştərilərin xidmətində!
14.12.2021

ABB yeni konseptdə qurulmuş Binəqədi filialını istifadəyə verib. Müştərilər üçün daha əlçatan olsun deyə filialın ünvanı dəyişib. Binəqədi filialı hazırda gediş-gəliş üçün çox rahat bir yerdə - “Azadlıq” metrosunun yaxınlığında (Süleyman Sani Axundov küçəsi - 42) xidmət göstərir.

Müasir bankçılıq texnologiyaları ilə təchiz olunmuş filial binasında müştərilərə yüksək səviyyədə xidmət üçün hər cür şərait yaradılıb. Fərdi və korporativ müştərilər ABB-nin Binəqədi filialında kassa-hesablaşma əməliyyatları, istehlak, ipoteka və biznes kreditləri, əmanətlər, pul köçürmələri, plastik kartların sifarişi, nağd valyuta ilə əməliyyatlar və s. bu kimi çeşidli məhsul və xidmətlərdən faydalana bilərlər.

ABB-nin İdarə Heyəti sədrinin birinci müavini İlham Həbibullayev Bankın filiallarının yenilənməsi prosesinin uğurla davam etdirildiyini bildirib: “Ofislərimizin yenilənməsi müxtəlif seqmentlərdən olan müştərilərimizə daha keyfiyyəli xidmət üçün geniş imkanlar yaradır. Binəqədi filialı ABB-nin yeni brend kimliyinə uyğun dizayn edilib. Filial və şöbələrimizin ABB-nin yeni brend kimliyinin təcəssümü olan “Müasir, Faydalı, Universal” sloqanına uyğun fəaliyyət göstərməsi bizim üçün çox mühümdür”. O, yaxın müddətdə digər yenilənmiş filial və şöbələrin də açılışının olacağını qeyd edərək bu prosesin növbəti dövrlərdə də davam edəcəyini vurğulayıb. 

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar. 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment