1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Expressbank-dan “Birgə və Sağlam” İB ilə birgə autizm spektr pozğunluqları olan uşaqların inkişafına dəstək
10.12.2021

Hər zaman korporativ məsuliyyət çərçivəsində fərqli layihələrə imza atan Expressbank, “Birgə və Sağlam” İctimai Birliyi ilə birgə autizm spektr pozğunluqları olan uşaqların inkişafına dəstək məqsədi ilə ailələrin maarifləndirilməsi istiqamətində Lynn E. McClannahan,  Patricia J. Krantz -ın  “Autizmli Uşaqlar Üçün Fəaliyyət Cədvəlləri”kitabının tərcümə və çap edilməsi üçün bütün maliyyə dəstəyini öz üzərinə götürmüşdür.

“Birgə və Sağlam” İctimai Birliyinin təsisçisi Aytən Eynalova-nın verdiyi məlumata əsasən, bir çox ailələr övladlarına autizm diaqnozu qoyulduqdan sonra onlara necə düzgün qulluq etmək, təhsil vermək, davranış qaydalarını öyrətməkdə çətinlik çəkirlər. Buna səbəb isə, sözügedən sahədə öz dilimizdə maarifləndirici kitabların yetəri qədər olmamasıdır.

“Birgə və Sağlam” İctimai Birliyi Azərbaycanda autizm spektr pozğunluqları olan uşaqlar və onların ailələri ilə işləyən qeyri-hökumət təşkilatıdır. 2013-cü ildən fəaliyyət göstərən təşkilatın məqsədi autizmlə üzləşən uşaqlara zəruri ünsiyyət və həyat bacarıqlarını öyrətmək, onları müstəqil həyata hazırlamaq üçün ailələrlə işləmək, ölkə və beynəlxalq səviyyədə autizm sahəsində maarifləndirici layihələr həyata keçirməkdir.

Kitabın nəşr edilməsində Expressbank-ın əsas məqsədi, autizmli uşaqların valideynlərinə və yaxınlarına dəstək olmaq, cəmiyyətimizin bu istiqamətdə maarifləndirilməsində kiçik də olsa öz töhfəsini verməkdir.

Pərakəndə və biznes bankçılıq sahəsində fəaliyyət göstərən, geniş maliyyə məhsulu və xidmətlərinə malik olan Expressbank-ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment