1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


ASA: Helikopter qəzasına görə sığorta ödənişləri ediləcək
06.12.2021

“Helikopter qəzasında həlak olmuş hərbi qulluqçuların vərəsələrinə və xəsarət almış hərbçilərə birdəfəlik sığorta ödənişləri ediləcək”.

Bunu mediaya açıqlamasında Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev deyib. O bildirib ki, birdəfəlik sığorta ödənişlərinin həyata keçirilməsi prosesi “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir:

“Bildiyiniz kimi 30 noyabr tarixdə Dövlət Sərhəd Xidmətinin Mi-17 tipli helikopteri “Qaraheybət” təlim meydanına eniş edərkən qəzaya uğrayıb. Qəza nəticəsində 14  hərbi qulluqçu həlak olub, 2 hərbi qulluqçu isə yaralanıb. Azərbaycan Sığortaçılar Assosiasiyası olaraq bildirmək istəyirik ki, sığorta sistemi bu kimi hadisələrdə sığorta ödənişi həyata keçirir. Bu proses “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir”.

İcraçı direktorun sözlərinə görə, birdəfəlik sığorta ödənişləri müxtəlif kateqoriyalar üzrə hesablanır:

“Müvafiq Qanuna görə, həqiqi hərbi xidmətdə həlak olması halında hərbi qulluqçunun vərəsəsinə 11 min manat, eyni zamanda orqanizmin funksiyasının 80-100% itirilməsinə görə 8800 manat, 60-80% itirilməsinə görə 6600 manat, 30-60% itirilməsinə görə isə 4400 manat, bununla yanaşı ağır xəsarət aldıqda 2750 manat, yüngül xəsarət aldıqda isə 550 manat sığorta ödənişinin həyata keçirilməsi nəzərdə tutulur.

Məlum helikopter qəzasında həlak olmuş 14 şəhidimizin vərəsəsinə 11 min manat birdəfəlik sığorta ödənişi həyata keçiriləcək və qəza nəticəsində yaralanan 2 hərbi qulluqçunun əlillik faizi və ya xəsarət dərəcəsi müəyyənləşən kimi onlar da bu birdəfəlik sığorta ödənişlərindən faydalana biləcəklər.

Qəzada həlak olmuş şəhidlərimizin vərəsələri və xəsarət almış hərbçilərimiz birdəfəlik sığorta ödənişlərini əldə etmək üçün ölüm və ya əllik, eyni zamanda xəsarət halını təsdiq edən sənədlərlə Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinin paytaxtda və regionlarda fəaliyyət göstərən filiallarına yaxınlaşa bilərlər”.

Elmar Mirsalayev onu da bildirib ki, 16 noyabr tarixdə Ermənistanın törətdiyi təxribat nəticəsində həlak olmuş hərbçilərin vərəsələrinə və yaralanmış hərbi qulluqçulara birdəfəlik sığorta ödənişlərinin həyata keçirilməsi prosesinə başlanılıb:

“16 noyabr tarixdə dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş vermiş döyüş əməliyyatları zamanı Azərbaycan Ordusunun 7 hərbi qulluqçusu həlak olmuş, 10 hərbi qulluqçu isə yaralanmışdı. Həlak olmuş 7 hərbi qulluqçudan 2 hərbçinin vərəsəsinə Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən birdəfəlik ödəniş həyata keçirilib. Digər 5 şəhidimizin vərəsəsi və yaralanmış 10 hərbi qulluqçu tərəfindən ödənişlə bağlı Şirkətə hələ müraciət daxil olmayıb. Onlar da eyni qaydada müraciət edərək birdəfəlik sığorta ödənişlərini əldə edə bilərlər”.


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment