1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


“The Banker” ABB-ni “İlin bankı” elan etdi!
06.12.2021

Maliyyə dünyasının nüfuzlu nəşrlərindən olan “The Banker” jurnalı ABB-ni ölkə üzrə “İlin bankı” elan edib. Jurnalın bununla bağlı yaydığı açıqlamada ABB-nin belə yüksək mükafata layiq görülməsi Bankın pandemiya dövründə sürətlə dəyişən biznes mühitinə çevik uyğunlaşa bilməsi və sağlam maliyyə vəziyyəti ilə izah olunur. Qeyd edilir ki, COVİD-19 pandemiyası və aşağı neft qiymətləri Azərbaycan iqtisadiyyatına ziyanlı təsirlər yaratsa da, dövlətin iqtisadiyyata effektiv dəstək tədbirləri bu təsirləri minimallaşdırıb. Son iki ildə də ölkənin iqtisadi inkişafı təmin edilib. 

 “İlin bankı” mükafatını qazanmış ABB isə iqtisadiyyatın bərpası prosesində adekvat mövqe tutub. Dəyişən vəziyyətdə düzgün davranaraq gəlirliliyini qoruya bilib və kapital mövqeyini gücləndirib. 

Bank eyni zamanda cəmiyyətin inkişafını dəstəkləyən maraqlı sosial layihələrini davam etdirib. “The Banker” jurnalının açıqlamasında ABB-nin 2019-cu ilin sonunda yaratdığı ABB Tech Akademiyasının fəaliyyətinə xüsusi diqqət yönəlib. Qeyd edilib ki, indiyə qədər informasiya texnologiyaları sahəsində 300-dən çox peşəkar mütəxəssisin yetişdiyi bu akademiyanın fəaliyyəti ölkənin əmək bazarına böyük töhfə verir.

Jurnal ABB-nin Mərkəzi Bank, Azərbaycan Dəmir Yolları və Visa beynəlxalq ödəniş təşkilatı ilə birgə ilk dəfə ölkəmizin dəmiryolu şəbəkəsində təmassız gediş haqqı imkanını təqdim etməsini də xatırladıb. Bunun Azərbaycanda nağdsız ödəniş ənənələrinin genişlənməsi, xüsusilə nəqliyyat sektorunda təmassız ödənişlərin inkişafı baxımından mühüm addım olduğu bildirilib. ABB-nin müştərilərə beynəlxalq standartlara uyğun yeni əməliyyat imkanları yaradan Swift gpi sistemini öz rəqəmsal kanallarında Azərbaycanda təqdim etmiş ilk maliyyə qurumu olması da “The Banker”in açıqlamasında xüsusi vurğulanıb.

Bankın İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “İlin bankı” mükafatına layiq görülməyimiz ABB-nin 30 illiyi ərəfəsində müştərilərimizə, tərəfdaşlarımıza xoş bir xəbərdir. Bu, ABB-nin nailiyyətlərinə verilmiş obyektiv qiymətdir. Həyata keçirdiyimiz strateji inkişaf layihələrinə beynəlxalq maliyyə dairələrində də maraq göstərilir və nəticələrimiz yüksək dəyərləndirilir”.   

2021-ci il üzrə “İlin bankı” adına layiq görülmüş banklarla buradan tanış olmaq mümkündür. 

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar. 

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment