1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“ASAN xidmət” modelinin Tacikistanda tətbiqi ilə bağlı müzakirələr təşkil olunub
03.12.2021

Tacikistan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə “Azərbaycanın bir pəncərə prinsipi ilə dövlət xidmətlərinin göstərilməsi və elektron idarəetmə üzrə qabaqcıl təcrübəsi” mövzusunda onlayn tədbir baş tutub.

Tədbirin əsas məqsədi Tacikistanın dövlət qurumlarının effektiv dövlət xidmətlərinin göstərilməsi haqqında məlumatlandırılması və müvafiq istiqamətlər üzrə mümkün əməkdaşlıq perspektivlərinin müzakirəsi olub.

Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov Azərbaycan və Tacikistan arasında mövcud  səmərəli əməkdaşlıqdan bəhs edib. Digər əməkdaşlıq sahələri ilə yanaşı dövlət xidmətlərinin göstərilməsi, elektron idarəetmə və kiçik və orta sahibkarlığa dəstək sahəsində də uğurlu əməkdaşlığın həyata keçirilə biləcəyi qeyd edilib, “ASAN xidmət” təcrübəsinin Tacikistanda tətbiqi ilə bağlı Dövlət Agentliyinin Tacikistan tərəfi ilə əməkdaşlığa hazır olduğu bildirilib.

Eyni zamanda struktur bölmələr tərəfindən dövlət xidmətlərinin göstərilməsində ölkəmizin qabaqcıl təcrübəsi hesab olunan “ASAN xidmət” modeli, eləcə də Dövlət Agentliyi tərəfindən elektron hökumət, sosial innovasiyalar və ailə bizneslərinə dəstək sahəsində görülən işlər və planlaşdırılan layihələr ilə bağlı təqdimatlar edilib.

Tacikistan Respublikasının İnvestisiyalar və Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədr müavini Xurşedai Qodir pilot layihə kimi “ASAN xidmət” təcrübəsinin Düşənbə şəhərində tətbiqində maraqlı olduqlarını və bu istiqamətdə Dövlət Agentliyi ilə əməkdaşlığın əhəmiyyətini qeyd edib.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment