1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalının ümumi cərrahı XVIII Türk Kolon və Rektal Cərrahiyyə Konqresində iştirak edir
03.12.2021

Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə şöbəsinin ümumi cərrahı, t.f.d. Aynur Səfiyeva 30 noyabr tarixindən 4 dekabr 2021-ci il tarixinə qədər Türkiyənin Antaliya şəhərində keçirilən  XVIII Türk Kolon və Rektal Cərrahiyyə Konqresində, I Türkiyə Beynəlxalq Kolorektal Cərrahiyyə konqresində və XI Kolorektal Cərrahiyyə konqresində iştirak edir. Builki Konqres ilk dəfə olaraq beynəlxalq və ikidilli şəkildə təşkil edilmişdir. Konqresin üçüncü günü  Dr.Aynur Səfiyevanın “Böyük olmayan kolorektal poliplərdə endoskopik müdaxilələr” mövzusunda təqdimatı maraqla qarşılanıb.

Həmçinin, tədbirdə 2020-ci ilin hamı üçün çox çətin bir il olduğu və bunun hazırda da davam etdiyi bildirilib. COVİD-19 epidemiyası dövründə bütün səhiyyə işçiləri, həkimlər və tibb bacılarının bu bəşəri bəlaya qarşı birlikdə mübarizə apardıqları vurğulanıb. Konqres proqramına kolorektal cərrahiyyə tibb bacısı və stoma yaralarına qulluq üzrə kurslar, konfranslar, panellər və interaktiv müzakirələr daxil edilib. Müasir yanaşmaları əhatə edən sessiyaların hər biri yüksəkixtisaslı mütəxəssislər olan 140 yerli və 10 beynəlxalq: Türkiyədən, ABŞ-dan, Almaniyadan, Koreyadan, Çindən, Rusiyadan, Litvadan, Birləmiş Krallıqdan, BƏƏ-dən olan məruzəçilər tərəfindən aparılır. Bundan əlavə, kolorektal cərrahiyyə, stoma və yaralara qulluq sahələrində çalışan həkimlərin şifahi təqdimat sessiyaları keçirilir.

İki zalda paralel olaraq davam edən kurslar, videosessiyalar, əsas sessiyalar və bir çox şifahi təqdimatlarla zəngin olan bu konqres unikal bir tədbir kimi yadda qalıb. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

 


     



06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
 
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri
08.06.2020
Andrea Hagmann
“AccessBank”ın Müşahidə Şurasının üzvü


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment